FED.az Bank “BTB” ASC Marketinq Departamenti, Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Ziraat Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
İş barədə məlumat:
• Bankın marketinq siyasətini və marketinq planını hazırlanmasında iştirak edir.
• Bankın reklam və təşviqat üzrə layihələrini idarə edilməsi.
• Filial şəbəkəsində tətbiq olunacaq çap materiallarının, suvenir məhsullarının, illik hesabatların və POS materiallarının dizaynının hazırlanmasını və nəzarətini təmin edilməsi.
• Bankın brend kitabına uyğunluğa nəzarət edir və onun yerinə yetirilməsi üzərində monitorinq aparır.
• Bankın rəsmi internet və facebook səhifəsinin idarə olunmasına nəzarət, dizayn və saytın struktur dəyişikliklərinə dair təkliflərin verilməsi.
• Bankın ictimai əlaqələrin qurulması və idarə olunması.
• Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərilməsi.
• Bankın korporativ sosial məsuliyyət layihələrinin idarə edilməsi.
• Bankdaxili qaydalara müvafiq olaraq, şöbənin fəaliyyəti barədə hesabatlar hazırlayır.
Namizədə tələblər:
ali iqtisadi və ya biznes üzrə təhsili;
ən azı 2 il marketinq sahəsində iş təcrübəsi;
Rus və İngilis dillərini bilmə;
ünsiyyətqurma bacarığı;
satış bacarığı;
analitik düşüncə;
yaradıcılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri ) göstərməyiniz xahiş olunur.