“Bank Avrasiya” ASC
Vəzifə: Hüquq Şöbəsinin mütəхəssisi
Namizədlər üçün irəli sürülən tələblər:
• Ali hüquqi təhsil;
• Bankda hüquq sahəsi üzrə ən az 2 il iş təcrübəsi
• Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
• Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarını bilməsi;
• Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• MS Office proqramlarından istifadə bacarığı;
• Bankda hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
• Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
• Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
• Bank tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq Departamentinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
• Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
• İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
CV-ni [email protected] ünvanına göndərərkən email-ın mövzu hissəsində Hüquq Şöbəsinin mütəхəssisi vəzifəsini qeyd etməyinizi xahiş olunur.
“Bank Avrasiya” ASC
Vəzifə: Proqramçı
Namizədlər üçün irəli sürülən tələblər:
• Tətbiqi riyaziyyat, İnformatika və ya digər texniki ixtisaslar üzrə ali təhsil;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
• Alqoritm qurma bacarığı;
• Başqasının yazdığı kodu oxuma və onun üzərində dəyişiklərin edilməsi bacarığı;
• MS Office (Excel) ilə qabaqcıl istifadə bacarıqları;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
• C# proqramlaşdırma dili;
• ORACLE SQL, MS SQL haqqında bilik və bacarıqlar;
• PL/SQL və Transact SQL-də kod yazma bacarığı;
• HTML5, CSS haqqında biliklər;
• Bootstrap və digər HTML Frameworklərlə işləmə bacarığı;
• C#-da Windows Forms proqramlarını yazılması;
• ASP.NET Web Forms, ASP.NET MVC haqqında biliklər, bu platformalarda yeni proyektlərin tərtib edilməsi;
• DevExpress koponentləri üzrə təcrübə və onlar vasitəsilə yeni proqramların yazılması bacarığı;
CV-ni [email protected] ünvanına göndərərkən email-ın mövzu hissəsində Proqramçı vəzifəsini qeyd etməyinizi xahiş olunur.