Başkent Restoranlar Şəbəkəsi
İnsan Resursları şöbəsinin Rəhbəri
Son tarix 22 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi
- İR strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili
- Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi
- Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi
- Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili
- Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi
- Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
- Əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət
- Aylıq hesabatların hazırlanması və təqdimatı
Namizədə olan tələblər:
- Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- İnsan resursları sahəsində təcrübə minimum 3 il;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dilləri üstünlükdür.
İş şərtlərimiz:
- Əmək haqqı: 1200 - 1500 AZN
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 10:00-19:00;
- Ünvan: Nərimanov rayonu Həsən Əliyev 143
Namizədlərdən CV-lərini e-mailin mövzu hissəsində “HR Direktor” qeyd edərək göndərmələri xahiş olunur.