Burger King
Restoran müdiri
Son tarix 13 noy 2023 - [email protected]
Namizədə aid tələblər:
- 25-40 yaş arasında;
- Ali təhsilli olması;
- Azərbaycan və Rus dilləri üzrə mütləq mükəmməl biliklər;
- Restoran idarəetmə sahəsində 4 ildən az olmayaraq iş təcrübəsi (fast food sektoru təcrübə olanlara üstünlük verilir);
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Xərclərə nəzarət, hesabat və təhlil bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı;
- Güclü planlaşdırma bacarığına və strateji düşünməyə malik olmaq;
- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Karyera qurmaq istəyi.
Əsas vəzifə və öhdəliklər:
- Satış, gəlirlər və məhsuldarlığın maksimum artırılmasını təmin etmək;
- Qida təhlükəsizliyin qorunmasının təmin edilməsinə nəzarət etmək;
- Xərclərin azalmasını təmin etmək;
- Maliyyə göstəricilərinə nail olmaq üçün restoranda məqsədləri təyin etmək;
- Restoranın fasiləsiz və səmərəli işini təmin etmək məqsədilə bütün proseslərinin işlək vəziyyətdə olmasına nəzarət etmək;
- Müəyyən olunan məqsədlə əlaqədar restoran menecment heyətinin işini qiymətləndirmək;
- Qonaqların məmnuniyyətini yüksək səviyyədə təmin etməsinə nəzarət etmək;
- Satışları düzgün planlaşdırmaq və aylıq planının nail olmasına nəzarət etmək;
- Restoran KPİ-larını hesablamaq;
- Standartların təmin edilməsinə 100% nəzarət etmək;
- Komanda üzvlərinin effektiv şəkildə seçilməsi, işə götürülməsi, təlimi və inkişafını təmin etmək;
- Şirkətdə tətbiq edilən alətlərdən istifadə edərək kadr planlarını tərtib etmək və kadr rezervi təmin etmək;
- Komandanın effektiv seçimi, adaptasiyanı, oriyentasiyanı, təlimi,inkişafını və işinin qiymətləndirilməsini təmin etmək;
- Restoran nəticələrini hesabat formasında gündəlik,həftəlik,aylıq təqdim etmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Növbəli 5 günlük iş rejimi;
- Əmək haqqı-1100-1300 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Təlim keçmə və karyera artımı imkanları.
CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.
Korporativ Hüquqşünas
Son tarix 13 noy 2023 [email protected]
Namizədə aid tələblər:
- 23-30 yaş arasında;
- Hüquq sahəsində ali təhsil;
- Səlis azərbaycan, rus və ingilis dili bilikləri;
- Korporativ hüquq sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi;
- AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi və normativ-hüquqi aktlarını bilməsi;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək yüksək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək. Şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək;
- Şirkət fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət və onun maraqlarının təmin olunması;
- Şirkətdəki müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israfçılıq və oğurluq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
- Xarici dilli müqavilələrin hüquqi ekspertizası;
- AR mülki, mülki-prosessual, əmək, inzibati, vergi, mülki-hüquqi,gömrük əqdlərinin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
- Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
- Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
- Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
- Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
- Şirkətin hüquqlarının və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
- Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.
Növbə meneceri
Son tarix 13 noy 2023 [email protected]
Namizədə aid tələblər:
- 25-40 yaş arasında;
- Ali təhsilli olması;
- Azərbaycan və Rus dilləri üzrə mütləq mükəmməl biliklər;
- Restoran idarəetmə sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi (fast food sektoru təcrübə olanlara üstünlük verilir);
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Xərclərə nəzarət, hesabat və təhlil bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı;
- Planlaşdırma bacarığına malik olmaq;
- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Karyera qurmaq istəyi.
Əsas vəzifə və öhdəliklər:
- Satış və məhsuldarlığın maksimum artırılmasını təmin etmək;
- Qida təhlükəsizliyin qorunmasını təmin etmək;
- Qonaqların tələbatlarını təmin etmək üçün şirkətin bütün standartlarına riayət etmək;
- Qonaqların məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
- Məhsulun keyfiyyətinin yüksək səviyyədə qalmasını təmin etmək və nəzarət etmək;
- Avadanlığın istifadə olunmasına nəzarət etmək;
- Restoran KPİ-larını hesablamaq;
- Müvafiq aylıq hesabatları düzgün və vaxtında icra etmək;
- Xarici görünüş standartlarına əməl etmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Növbəli 5 günlük iş rejimi;
- Əmək haqqı-600-700 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Təlim keçmə və karyera artımı imkanları.
CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.
Restoran müdirinin müavini
Son tarix 13 noy 2023 [email protected]
Namizədə aid tələblər:
- 25-40 yaş arasında;
- Ali təhsilli olması;
- Azərbaycan və Rus dilləri üzrə mütləq mükəmməl biliklər;
- Restoran idarəetmə sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi (fast food sektoru təcrübə olanlara üstünlük verilir);
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Xərclərə nəzarət, hesabat və təhlil bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı;
- Güclü planlaşdırma bacarığına və strateji düşünməyə malik olmaq;
- Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Karyera qurmaq istəyi.
Əsas vəzifə və öhdəliklər:
- Satış, gəlirlər və məhsuldarlığın maksimum artırılmasını təmin etmək;
- Qida təhlükəsizliyin qorunmasını təmin etmək;
- Xərclərin azalmasını təmin etmək;
- Marketinq aksiyalarını effektiv şəkildə tətbiq etmək və həyata keçirilməsini təmin etmək;
- Qonaqların məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
- Satışları və hazır məhsulu düzgün planlaşdırmaq;
- Restoran KPİ-larını hesablamaq;
- Restoranda məhsul və materialların sifarişini etmək;
- Komanda üzvlərinin effektiv şəkildə seçilməsi, işə götürülməsi, təlimi və inkişafını təmin etmək;
- Standartların təmin edilməsinə 100% nəzarət etmək;
- Restoran nəticələrini hesabat formasında gündəlik,həftəlik,aylıq təqdim etmək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Növbəli 5 günlük iş rejimi;
- Əmək haqqı 750-850 azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Təlim keçmə və karyera artımı imkanları.
CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.