Bir qədər əvvəl Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Bakı şəhəri və respublikanın digər bölgələrində parkinq qaydaları avqustun 7-dən tətbiq edilməyə başlayacaq.
Azərbaycanda avtomobillər üçün - YENİ PARKİNQ QİYMƏTLƏRİ QÜVVƏYƏ MİNİB - SİYAHI
Parkinqlərdə yığılacaq pullar hansı qurmlara çatacaq və necə xərclənəcək? - PREZİDENTDƏN FƏRMAN
FED.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumatda bildirilir ki, əsas yeniliklərdən biri olaraq 7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçiriləcək.
Belə ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. « Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik»-deyə agentlik bildirir.
AYNA: "Parklanma tarifləri yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq"
Qeyd edək ki, əvvəlcədən də elan edildiyi kimi, ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq.
Yeni qaydaya görə parklanma belə baş verəcək:
Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər.
SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər.
Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.
Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunacaqlar.
Qeyd edək ki, iyulun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərar verib. Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.