CenterHotel
Hotel müdiri (Menecer)
Son tarix 29 avq 2022 - [email protected]
Vəzifələr:
- Qonaq məmuniyyətini təmin etmək;
- Şöbələrin işinə nəzarət etmək ;
- Obyektin və avadanlıqların yaxşı saxlanmasını təmin etmək üçün hotelin gündəlik fəaliyyətinə nəzarət etmək;
- Satış proqramını hazırlamalı;
- Maliyyə və inzibati sənədlərin saxlanılmasına nəzarət etmək;
- Otaq qiymətlərinin gündəlik müəyyənləşdirilməsi ;
- Resepşnin fəaliyyətinin əlaqələndirilməsi;
- İşçilərin işə götürülməsi və işdən çıxarılması;
- Şöbələrin büdcələrinin izlənməsi;
- Qanunvericiliklə üzərinə düşən digər vəzifələrin yerinə yetirilməsi
Namizədə Tələblər:
- Ali təhsilli (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Hotel sahəsində minimum 10 il iş təcrübəsi olmalı;
- Satış müdiri və Menecer kimi minimum 5 il iş təcrübəsi olanlara üstünlük verilir;
- Ərəb ölkələri, İsrail və Rusiyalı turistlərlə işləmək bacarığı olmalı;
- Turizm firmaları və agentlikləri ilə iş birliyi olmalı və ya iş birliyi qurma bacarığı olmalı;
- Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib hotelləri analiz edə bilməli;
- Satış bacarığını və bilgilərini inkişaf etdirmək;
- Hotel fəaliyyəti ilə əlaqədar bütün qayda və qanunları bilməli;
- Ciddi, kollektivdə işləmə bacarığı və idarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı olmalı;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
- Məsuliyyətli, stressədavamlı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 12 saatlıq iş qrafiki 09.00 –dan 21.00-dək, 1 gün istirahət günüdür;
- Əmək haqqı razılaşma yolu ilə (Təcrübə və idarəetmə qabiliyyəti nəzərə alınmaqla)
Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Müdir ” qeyd edərək öz CV lərini mükəmməl şəkildə email ünvanına göndərməyiniz xahiş olunur.