FED.az xəbər verir ki, "AzSığorta" qiymətləndirmə üzrə ekspert vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "eManat" işçi axtarır - VAKANSİYA
Vəzifəyə olan tələblər:
• Ali təhsil (Əmtəəşünas).
• 1 ildən az olmayaraq müvafiq sahədə iş stajı.
• Kompyuter bilikləri.
• Azərbaycan və Rus dilləri.
İş barədə məlumat
• Təqdim olunmuş material (əmtəə) və qiymətlərin pərakəndə (sərbəst satış) satış qiymətinin müəyyən edilməsini həyata keçirir.
• Təqdim olunmuş əşyaların istehsal yeri, hansı üsulla (kustar və ya zavod üsulu ilə) hazırlanmasını müəyyən edir, əşyaların köhnəlmə faizlərinə zədə alınmaqla onların qalıq dəyərlərini təyin edir.
• Avtonəqliyyat vasitələrinin qalıq dəyərinin müəyyən edilməsi, təqdim olunmuş əşyaların keyfiyyətini, əşyaların istifadə üçün yararlı olub-olamamsını, təbii itki normalarının tətbiqinin düzgünlüyünü müəyyən edir.
• Qiymətləndirmə prosesinin təşkili və nəzarəti, qiymətləndirmə prosesi zamanı tərəfdaşlarla ünsiyyətin saxlanılması, qiymətləndirmə nəticəsinin təhlili və yekun nəticə barədə rəyin bildirilməsini həyata keçirir.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu sətrində “ Qiymətləndirmə üzrə ekspert ” qeyd edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik. Mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.