Vakansiyalar

"Azsığorta" işçi axtarır - VAKANSİYA

"Azsığorta" işçi axtarır - VAKANSİYA | FED.az
18:14 21 Dek 2019

FED.az xəbər verir ki, "Azsığorta" sığorta şirkəti Daxili Audit xidmətinə rəhbər və auditor vəzifəsinə vakansiyaları elan edir.

Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

DAXİLİ AUDİT XİDMƏTİNİN RƏHBƏRİ

Namizədə olan tələblər:

• Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsil;
• Analoji sahədə 3 il iş təcrübəsi;
• Sığorta Qanunvericiliyi haqqında biliklər;
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Dəqiqlik, detallara diqqət yetirmək və analitik düşüncə qabiliyyətinə malik olmaq.

İşin təsviri:

• Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması
• Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq
• İT Auditin təşkili
• Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlamaq və qiymətləndirmək
• Daxili audit xidmətinin fəaliyyətini beynəlxalq daxili audit standartlarına uyğun yerinə yetirilməsini təmin etmək


AUDİTOR

Namizədə olan tələblər:

• Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi;
• Sığorta Qanunvericiliyi haqqında biliklər;
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Dəqiqlik, detallara diqqət yetirmək və analitik düşüncə qabiliyyətinə malik olmaq.
• 1C proqramında işləmə bacarığı;
• Ünsiyyət qurmaq, komandada işləmək bacarığı;
• Təşəbbüskarlıq, məsuliyyətlilik.

İşin təsviri:

• Aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması;
• Müvafiq Audit planına əsasən yoxlamaların aparılması;
• Daxili nəzarət sisteminin effektivliyinin yoxlanılması;
• Korporativ idarəetmənin tətbiqini və effektivliyinin qiymətləndirilməsi;
• Qüvvədə olan AR qanunvericiliyinə, müvafiq nəzarət orqanlarının normativ hüquqi aktlarına və göstərişlərinə, Şirkətin daxili prosedur və qaydalarına riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və s..

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu sətrində “ Daxili Audit xidmətinin rəhbəri və ya Auditor ” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik. Mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.

Digər xəbərlər