FED.az xəbər verir ki, “AzInTelecom” MMC Sosial media marketinqi üzrə mütəxəssis vakansiyasını elan edir.
Eləcə də bax: "İnternational" BOKT işçi axtarır - VAKANSİYA
Şöbə: Kommersiya departamenti / Korporativ kommunikasiyalar şöbəsi / Rəqəmsal və sosial media marketinqi sektoru
Vəzifə öhdəlikləri:
- Sosial media strategiyasını həyata keçirmək
- Bloq planlarını həyata keçirmək
- İnternet seminarlar və konfranslar üçün illik planları həyata keçirmək
- İnternet saytları və sosial qarşılıqlı əlaqə hesabları üçün kontent yazmaq və optimallaşdırmaq
- Onlayn kontentdəki səhvləri və ya nöqsanları düzəltmək
- Onlayn saytlar üçün video, podkast və audio kontenti redaktə etmək və yerləşdirmək
- İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili hesabatlar hazırlamaq
- Bazara məhsul buraxılışlarına və işgüzar əlaqələrin yaradılması və möhkəmləndirilməsi tədbirlərinə qatılmaq
Tələb olunan bilik və bacarıqlar:
- Vaxtın idarə olunması bacarıqları
- Microsoft Office proqramlarında (Word, Excel and PowerPoint) sərbəst işləmə bacarığı
- Biznes yönümlü düşüncə və şüur (Şirkət biznesini anlamaq, öz işini ümumi biznesin bir hissəsi kimi görmək, şirkət xaricində müsbət imic qurmaq)
- Komanda işi və əməkdaşlıq (Müsbət iş münasibətlərini qurmaq, digərlərini dinləmək və anlamaq, təcrübə ilə bölüşmək)
- Çeviklik və dəyişikliklərə açıqlıq (Dəyişiklikləri anlamaq, maraq göstərmək, sual vermək, işdə əks etdirmək)
- Müştəriyə diqqət (Daxili və xarici müştərilərə yüksək səviyyədə xidmət göstərmək, dinləmək və anlamaq, razılaşdırılan çərçivədə çevik olmaq)
- Texniki/peşəkar biliklər və bacarıqlar (İşçinin işinə aid və lazım olan bilik və bacarıqların səviyyəsi və öyrənməsi)
- Bazar tələbatlarına və trendlərə uyğunluq (Bazar tələbatlarını və trendləri bilmək, vaxtında təklif vermək, proaktiv olmaq, ehtiyacları qarşılamaq)
- Danışıqların aparılması (Digər tərəfi anlamaq, danışıqlar zamanı düzgün strategiya qurmaq, “win-win” yanaşmadan istifadə etmək)
- Şəbəkələrin qurulması (Digər tərəflərlə şəbəkə qurmaq, şirkətlərlə və fərdi şəxslərlə tanış olmaq və əlaqə yaratmaq)
Arzu olunan meyar və tələblər:
- Facebook, Twitter, Instagram, YouTube və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, bütün populyar sosial media platformalarında açıq ifadə olunmuş üstün təcrübə
- Google analytics, Yandex Metrica üzrə biliklər əlavə üstünlükdür
- IT şirkətində təcrübə əlavə üstünlükdür
Təhsili: Kommunikasiyalar, marketinq, jurnalistika, multi-media və ya əlaqədar sahəsində bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir
İş təcrübəsi: Sosial media marketinqi sahəsində1-3 il
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.