FED.az xəbər verir ki, "Azərsun Holdinq" Help-Desk Sığorta vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Times Consulting" işçi axtarır - VAKANSİYA
Tələblər:
- Sığorta sahəsində ən az 2 il ( sığorta əməliyyatlarının aparılmasında) təcrübəsi olmalı;
- 1C və İnsure.Az proqramlarında administrator kimi çalışa bilməli;
- Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;
- Server əməliyyat sistemlərindən anlayışı olmalı;
- MS SQL serverdən istifadə etməyi bacarmalı;
- Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;
- Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.);
- Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi);
- Viruslardan təmizləməyi bilməli və onların yaratdığı fəsadları aradan qaldırmağı bacarmalı;
- İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı;
- Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli;
- İAMAS sistemindən anlayışlı olmalı.
Vəzifələr :
- Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
- Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesinin həyata keçirilməsi;
- İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;
- Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;
- Kompüter, proqram təminatı ilə bağlı məsələlər üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;
- PC, notebook, Mic Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;
- Şirkətdaxili proqramların inteqrasiyasına nəzarət etməli və həyata keçirməsi.
İŞ YERİ : Azərbaycan Sənaye Sığorta
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına ``Help-Desk Sığorta`` başlığı ilə göndərə bilərlər.