FED.az xəbər verir ki, "Azersun Holdinq" Maliyyə analizi üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: “Ziraat Bank Azərbaycan” işçi axtarır - VAKANSİYA
Namizədə aid tələblər:
• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Aidiyyatı sahə üzrə minimum 3 illik iş təcrübəsi;
• Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
• Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
• Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
• Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .
İş haqqında məlumat
• Maliyyə cədvəllərinin hazırlanması;
• Pərakəndə müəssisələrdən gələcək olan raportlara əsasən data analizi aparılması;
• Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi;
• Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
• Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
• Maliyyə riskinin müəyyən edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Maliyyə analizi üzrə baş mütəxəssis” qeyd etməklə göndərə bilərlər.