FED.az xəbər verir ki, "Azərsun Holdinq" Kateqoriya Meneceri (Bazarstore) vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Paşa Holdinq" işçi axtarır - VAKANSİYA
Namizədə aid tələblər
• Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Ünsiyyət qurabilmə, azərbaycan dilində səlist danışıq bacarığı olmalı;
• Bazar qiymətləri, rəqabətcilik haqqında məlumatlı olmalı;
• Bakının fərqli bölgələrindəki marketləri və müştəri profillərini yaxşı bilməli;
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməli;
• Səliqəli xarici görünüşlü, prezentabl olmalı.
İş haqqında məlumat
• Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
• Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
• Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
• Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
• Endirim kataloqlarının planlanması;
• Qida kateqoriyalarda yeni trendlərin araşdırılması.
Çalışma qrafiki:
Həftəiçi 5 gün, saat 09:00-18:00.
İş Yeri:
Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Kateqoriya Meneceri (Bazarstore)” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.