FED.az xəbər verir ki, "Azərsun Holdinq" Planlama üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "AccessBank" işçi axtarır - VAKANSİYA
İş haqqında məlumat:
• Şirkətin illik tələbləri üzrə planlaşdırılması üçün ilkin məlumatları hazırlayır,
• Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirir,
• Planlaşdırmanın nəticələrini struktur vahidlərinin nəzərinə çatdırır,
• Tələb planının müvafiq bölmələrinə bazar konyukturu, rəqabət və s. nəticəsində səbəb olmuş dəyişiklikləri vaxtında edir,
• Öz səlahiyyətləri çərçivəsində firma və təşkilatlarla əməkdaşlığı təşkil edir,
• Şirkəti maraqlandıran firma və təşkilatlar haqqında məlumat yığır və təhlil edir,
• Satışın stimullaşdırılması sahəsində mütərəqqi təcrübəni öyrənir və ümumiləşdirir, məhsul sifariş siyahısının hazırlanmasını təmin edir, satış proqnozlarını hazırlayır və proqnozlara əsasən günlük satış reallaşmasını nəzarətdə saxlayır, satış, marketinq və tədarük planlama arasında komunikasiya saxlanılmasını təşkil edir,
• Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatları hazırlayır və təqdim edir.
Əsas tələblər:
• Ali təhsil (Sənaye mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
• Minimum 3 illik planlama üzrə təcrübə;
• MS Excel proqramını yaxşı səviyyədə bilməli;
• Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Planlama üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.