Kateqoriya üzrə aparıcı mütəxəssisi
Namizədə aid tələblər:
• Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Ünsiyyət qurabilmə, Azərbaycan dilində səlis danışıq bacarığı olmalı;
• Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;
• Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;
• Rus dili və İngilis dili biliyi arzu olunandır.
• MS Office proqramlarını əla səviyyədə bilməli;
İş haqqında məlumat:
• Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
• Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
• Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
• Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
• Endirim kataloqlarının planlanması;
• Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması;
• Firmalarla imzalanan illik müqavilə şərtlərinin il boyunca tətbiq olunmasına nəzarət edilməsi;
• Firmalardan gələn qiymət listlərin və qiymət dəyişikliklərinin nəzarətdə saxlanması və incələnməsi;
• Tədarükçülər ilə kataloq müqavilələri və kataloq məhsul yerləşiminin planlanması;
• Tədarükçü dəyərləndirmələrinin dilməsi və daimi olaraq ünsiyyətdə olmaq;
• Dövri olaraq hesabatların hazırlanması.
İş yeri: AL Market MMC
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına başlıq hissəsində "Kateqoriya mütəxəssisi" yazaraq göndərə bilərlər.