AzəriMed QSC satış məsləhətçisi axtarır.
Son tarix 27 dekabr 2021
Tələblər:
- Yaş: 18-35;
- Təhsil: Ali və ya orta ixtisas tibb təhsili mütləqdir (tibbi və biomühəndis ixtisasları üzrə məzunlara üstünlük verilir);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı mütləqdir, Türk və ingilis dili biliyi üstünlükdür;
- Şəxsi avtomobilin olması üstünlükdür;
- İşində dəqiq və məsuliyyətli olmaq;
- Kommunikasiya və komanda içində işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Tibbi ləvazimat, tibbi avadanlıq və tibbi sərf mallarının tanıtımının və satışının həyata keçirilməsi;
- Şirkətin qoyduğu satış hədəflərinin yerinə yetirilməsi;
- İxtisas həkimlərin müəyyənləşdirilib cəlb edilməsi, həkim bazasının formalaşdırılması, həkimlərlə və klinikanın təchizat əməkdaşları ilə əlaqələrin qurulması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Görülmüş işlər barədə gündəlik müvafiq hesabatların hazırlanması;
- Xəstəxanada ediləcək əməliyatlarda iştrak etməsi;
- Ölkədə və xaricdə müntəzam olaraq treninglərdə iştrak etmək və məlumatları mənimsəyərək öz bilik və bacarıq səviyyəsini artırmaq.
İş şəraiti:
- İş qrafiki: I-V günlər - 09:00-18:00
- Əmək haqqı: 400-1000 AZN + bonus sistemi mövcuddur. Namizədin bilik və bacarığına əsasən fərdi yanaşma mümkündür
- Transport və ammortizasiya xərcləri (şəxsi avtomobil olduqda) şirkət tərəfindən qarşılanır
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz