FED.az xəbər verir ki, "Azerconnect" Daxili Audit üzrə Aparıcı Mütəxəssis vəzifəsinə vakansitya elan edir.
Eləcə də bax: "PAŞA Bank" işçi axtarır - VAKANSİYA
Vakansiya haqqında
İdarə : Korporativ Audit və Komplayns
İş qrafiki : Standart
Müqavilə müddəti : Daimi
Son müraciət tarixi : 06.04.2020
Sizin əsas vəzifə öhdəlikləriniz
* Şirkətin biznes proseslərini, sistem və daxili nəzarət mexanizmlərini və əməliyyatlarını dərindən analiz etmək;
* Audit olunan proseslərin idarə olunmasında iştirak edən işçilərlə müsahibələr keçirtmək və başqa bu kimi audit proseslərini icra etmək, biznes proseslərinin və nəzarət mexanizmlərinin effektivliyini yoxlamaq;
* Daxili audit siyasətinə uyğun olaraq müvafiq audit sənədlərini hazırlmaq və saxlamaq;
* Daxili audit departamentinin rəhbər vəzifəli şəxslərinə informasiyanı toplamaq və audit hesabatının hazırlanmasında kömək etmək;
* Audit üzrə baş mütəxəssisə audit olunan sahələrdə aşkar olunmuş nöqsanları bildirmək və müvafiq audit tövsiyələrini təklif etmək;
* Peşəkar sertifikatlar almaq, təlimlərdə iştirak, fərdi öyrənmə və s. üsullarla texniki bacarıq və bilikləri davamlı şəkildə inkişaf etdirmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Maliyyə, İqtisadiyyat və digər əlaqəli ixtisaslarda universitet təhsilinin mövcudluğu;
* Daxili audit, maliyyə auditi və digər əlaqəli sahələrdə ən azı 2-3 il iş təcrübəsi (Böyük Dördlük şirkətlərində təcrübə üstünlükdür);
* Əlavə sertifikatların (CIA, CFE və ya ACCA) mövcudluğu üstünlükdür.
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Güclü təhlil, detallara diqqət yetirmə və informasiya toplama bacarığı;
* Müstəqil və nəzarət olmadan işləmə bacarığı;
* Daxili nəzarət mexanizmləri, proseslərin yoxlanılması və qiymətləndirilməsi biliyi və bacarığı;
* Risk və nəzarət konsepsiyalarının dərindən başa düşülməsi;
* Biznes proseslərin dərindən başa düşülməsi
* Problemləri həll etmə qabiliyyəti;
* Azərbaycan və ingilis dillərinin səlis bilinməsi (rus dili əlavə üstünlükdür);
* Telekommunikasiya sektoru haqqında biliklərin mövcudluğu üstünlükdür;
* Microsof Office proqramlarının bilinməsi.
Müraciət etmək üçün
CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Daxili Audit üzrə Aparıcı Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.