AZNAR
Baş mühasib
Son tarix 05 sen 2022 - [email protected]
Əmək funksiyaları:
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini əməliyyatlarının uçotunu aparmaq;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl etmək;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
- Dövlət büdcəsinə məcburi ödəmələri, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
- Vergi ilə bağlı əməliyyatlar: bütün vergi hesabatlarının göndərilməsi;
- E-qaimə fakturalarının yazılması;
- Bəyannamələrin hazırlanması və göndərilməsi;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması;
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
- Maliyyə hesabatlarının tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Baş mühasib və ya mühasib kimi istehsalat və aqrar sahədə minimum 3 il iş təcrübəsi;
- ƏDV ilə işləmə bacarığı;
- 1C 8.3 proqram təminatında işləmək bacarığı.
İş şəraiti:
- 5 günlük iş rejimi;
- İş yeri: Bakı və Göyçay;
- Korporativ telefon nömrəsi verilir;
- Nahar yeməyi təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə.
Maraqlanan namizədlər mövzu bölümündə “Baş mühasib” yazaraq CV-lərini göndərə bilərlər.
Xatırladaq ki, "Aznar" şirkəti Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovun ailəsinə məxsusdur.