Vakansiya: Subroqasiya şöbəsinin Hüquqşünası
Əmək haqqı: 500 AZN
İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00
Vəzifə Öhdəlikləri:
- Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etməsi;
- Sığorta hadisələri ilə bağlı müvafiq qurumlara, idarə və təşkilatlara sorğu, şikayət və müraciətlərin hazırlanması;
- Subroqasiya hallarının qeydiyyatının aparılması;
- Cəmiyyətin hüquqlarının və qanuni mənafelərinin məhkəmədə və digər qurumlarda hüquqi müdafiəsi üçün zəruri sənədlərin hazırlanması;
- İddia ərizələrinin, Apellyasiya və Kassasiya şikayətlərinin hazırlanması;
- Rəhbərliyin fəaliyyət sahəsi üzrə digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- Təhsili/ixtisası: Ali hüquq
- Dil bilikləri: Azərbaycan dili - əla; rus/ingilis dili - arzuolunandır.
- Kompüter bilikləri: MS Office - əla
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 01.08.2022-ci il tarixədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Hüquqşünas”) qeyd olunmalıdır) göndərə bilərlər.