Umid Babek Operating Company
Təlim və inkişaf üzrə aparıcı mütəxəssis
Son tarix 12 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Yeni işə girən və ya yeni vəzifəyə təyin olunmuş işçilərin oriyentasiya proqramını hazırlamaq və həyata keçirilməsini təqib etmək.
- Yeni işçilərin adaptasiya prosesinin koordinasiyası, sınaq müddətlərinin izlənilməsi və həmin müddət ərzində işə qəbul qaydalar üzrə nəzərdə tutulmuş zəruri fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək;
- Təlimlərin müəyyən edilməsi, planlanması, həyata keçirilməsi, uçotunun aparılması, həmçinin görülən işlərin təqib edilməsi
- İşçilərin təlim ehtiyaclarını müəyyən etmək,
- Qlobal inkişaf və dəyişiklikləri təqib edərək işçiləri seminar və təlimlər haqqında məlumatlandırmaq,
- İşçilərin vəzifə standartlarında göstərilən səriştəliklərinin artırılması üçün ehtiyac duyulan təlimlərin planlanması,
- Xidməti fəaliyyətin ölçülməsinin nəticələrini və işçilərin hədəflərini əsas alaraq analiz aparmaq və təlim ehtiyacları təyin etmək,
- Təlim ehtiyaclarını analiz edilərək lazımi görüşlərin həyata keçirilməsi, elanların verilməsi, nəticələrin dəyərləndirilməsi,
- Ehtiyac olduğu təsbit edilən təlim siyahısının hazırlanması.
- Həyata keçirilmiş təlimlərin mütəmadi olaraq nəzarətdə saxlanılması və qeydiyyatının aparılması.
- Həyata keçirilmiş təlimlərin məmnuniyyət nisbətinin ölçülməsi və qeydiyyatının aparılması,
- Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması,
- Sertifikatların qeydiyyatının aparılması, arxivlənməsi və işçiyə təqdim edilməsi.
- İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin görülən işlərin təqib edilməsi
- İşçilərin ixtisaslarının artırılması üzrə təkliflər vermək,
- Struktur bölmələrinin rəhbərlərindən illik təlim tələblərinin istənilməsi,
- Struktur bölmə rəhbərlərindən alınmış təlim tələblərinin incələnməsi, əlavələr və düzəlişlərin edilməsi və təlim planının hazırlanması,
- Struktur bölmə rəhbərlərindən alınmış təlim tələblərinin İnsan Resursları Departamenti daxilindəi və Korporativ Qrupun Meneceri ilə razılaşdırılmas
- UBOC şirkətinin direktoru tərəfindən təsdiqlənmiş təlimlər üzrə işçilərin təlim və kurslara yönləndirilməsi,
- Təcrübə proqramlarının təşkili;
- Şirkətdaxili müvafiq prosedurların hazırlanması və təbiq edilməsində iştirak.
- Adaptasiya proqramının hazırlanması
- Adaptasiya proqramının rollarının təyin edilməsi
- Adaptasiya proqramının mərhələlərinin təyin edilməsi Adaptasiya prosesinin addımlarının təyin edilməsi
- İşçiyə "Xoşgəldin emaili"nin göndərilməsi
- Yeni işçinin adaptasiya proqramına başlayacağı ilə əlaqədar onun birbaşa rəhbəri məlumatlandırılması (email vasitəsilə və şifahi olaraq)
- Adaptasiya proqramına cəlb olunacaq işçilərin məlumatlandırılması
- Müəssisənin iş mühiti, korporativ mədəniyyəti, daxili qaydaları haqqında ümumi məlumat verilməsi
- Şirkətin kadr siyasəti (İR layihələri) haqqında işçinin məlumatlandırılması
- İşçiyə vəzifə standartını təqdim edərək onunla vəzifə öhdəliklərinin müzakirəsi və gözləntiləri
- Daxili təlimçilər kataloqunun hazırlanması və daxili təlimlərin təşkil edilməsi
- Şirkətdə rəhbər və mütəxəssis işçilərə təlimlərin keçirilməsi
- Təlimlərin statusu ilə bağlı müvafiq təşkilatlarala görüşlərin keçirilməsi
- Təlimlərin effektivliyinin ölçülməsi ilə bağlı təlimlərdə iştirak edilməsi
- Zəruri şirkət daxili prosedurların hazırlanması
Kadr işlərinin təşkili:
- Məmnunluq anketi ilə məmnuniyyətini olculməsinin təşkili
- İllik maarifləndirmə plan və programının hazırllanmasına nəzarət və təsdiq edilməsi
- Bəzi vakansiyalar üçün işə qəbul müsabiqəsinin keçirilməsi
- Karyera yuksəlişi olan işçilər üçün müsabiqə aparılan komissiyada iştirak
- İşdən çıxış müsahibələrinin təşkil edilməsi
Kvalifikasiya tələbləri:
- Müvafiq sahə və ya ixtisas üzrə ali təhsil;
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Müvafiq ixtisas kursu (CIPD, SHRM, CHRM və s.)