SƏBA
Maliyyə direktoru
Son tarix 01 avq 2022 - [email protected]
İş yeri: Xırdalan şəhəri
Şöbə: Maliyyə departamenti
Hesabat verir: Direktorlar şurasına və İdarə Heyətinin sədrinə
Tabeçilikdə işçi: Var.
Namizədə tələblər:
- İş təcrübəsi : 5 ildən yuxarı
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyini.
- 1C 8xx proqramında işləmə bacarığı.
- MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq.
- Mühasibat uçotu, xəzinə əməliyyatları, maya dəyərinin uçotu və vergi qanunvericiliyi sahələrində biliyə sahib olmaq;
Əsas vəzifə öhdəlikləri:
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili.
- Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Cəmiyyətin əmlakının qorunmasına nəzarət;
- Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılması;
- Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uşotu hesablarında vaxtında əks etdirilməsi;
- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərinə təsviri.
- Lazımı hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
- Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
CV-lərin təqdim edilməsi üçün son tarix 01.08.2022.