Zeytun Pharmaceuticals
Hüquqşünas
Son tarix 13 may 2022 - [email protected]
Tələblər:
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
- İş təcrübəsi : 5+ il (hüquq sahəsində) ;
- AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
- Azərbaycan və rus dilindən şifahi və yazılı istifadə qabiliyyəti
- Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti
- Məsuliyyət, işdə dəqiqlik
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hazırlanması;
- Hüquqi sənədlərin tərtib edilməsi;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi;
- Təsərrüfat müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi;
- Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
- Məhkəmə işlərinin aparılması.
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
- 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Tibbi sığorta ilə təmin olunma
- Əmək haqqı: 2500 azn
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.