Buta Group
Aqronom (Satış sahəsi üzrə)
Son tarix 19 may 2022 - [email protected]
Vəzifə haqqında məlumat:
Tarla, bağçılıq, bağçılıq bitkilərinin becərilməsinin mütərəqqi üsullarını öyrənir, tətbiq üsullarını yoxlayır,nəticələrin qeydlərini aparır. Müştərilərə laborotoriya əsaslarına dayanıqlı xidmətlərin verilməsində köməklik göstərir. Müştərilərin problemləri ilə maraqlanır, onlara əkin proseslərində yaranmış problemlərin zamanında aradan qaldırılması üçün məsləhətlər verir və texniki köməklik göstərir. Zərərvericilər, bitki xəstəlikləri və alaq otları ilə mübarizə texnologiyalarını ilə tanış olur, yeni yöntəmləri hazırlayır və müştərilərə düzgün məlumat verir. Müştəri profilinin genişləndirilməsini, mövcud müştərilər ilə əlaqələrin davam etdirilməsini təşkil edir.
Vəzifə öhdəliyi:
- Müştərilər ilə görüşlər təşkil edir;
- Satış prosesinin icra edilməsi zamanı, müştərilərə bitkilərin əkilməsinin istehsal planlarını, növlərini və əkin prosesinə uyğun dərman vasitələrinin miqdarının hazırlanma qaydaları haqqında məlumat təqdim edir;
- Müştərilərin əkin sezonları başlamadan öncə onların əkin sahələri haqqında məlumatları əldə etməli və əkin prosesində lazım olan dərman vasitələri haqqında müştərilərə məlumat təqdim etməlidir;
- Torpağın münbitliyinin yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına yönəlmiş aqrotexniki tədbirlər haqqında məsləhətlər verir;
- Torpağın səpin və əkin üçün hazırlanması qaydalarını bilməli və bu proseslərə uyğun müştərilərə dəstək olmalıdır;
- Bağçılıq və Əkin sahələri üçün lazımi dərman vasitələrinin istifadə qaydaları haqqında müştərilər ilə online və ya fərdi görüşlərin keçirilməsini icra edir;
- Ziyan verici həşaratlara qarşı istifadə edilən dərman reseptlərinin təyin edilməsində iştirak etmək;
- Müştərilərin tələblərinə uyğun yeni dərman vasitələrin təminatlığını təmin etmək;
- Satış proseslərini müəssisə qaydalarına uyğun həyata keçirmək;
- Təyin edilən regionlar üzrə müştəriləri ziyarət etmək;
Bilməlidir:
- Kənd təsərrüfatı istehsalı texnologiyasını;
- Tarla, bağ, tərəvəz bitkilərinin becərilməsi üsulları haqqında məlumat;
- Satış texnikasını;
- Bazar araşdırması, satış və danışıqların aparılması prinsipləri haqqında biliklər;
Bacarıqlar:
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- İşgüzarlıq;
- Müştəriyə oriyentasiya;
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı
Təminatlar:
- Əmək haqqı: 2500-3000 AZN
- Nəqliyyat xərcləri və korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək.
Vakansiyaya uyğun namizədlər CV-lərini “AGRONOM - SATIŞ SAHƏSİ ÜZRƏ” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Əlaqədar şəxs: Səidə Ağayeva 050-268-45-95