Vakansiya: Baş Daxili Auditor
Tələblər:
- İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
- Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
- MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
- CIA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.
Tələb olunan kompetensiyalar:
- Müştəri yönümlülük;
- Analitik düşüncə, təşəbbüskarlıq;
- Dürüstlük, obyektivlik, qərar verə bilmə;
- Effektiv kommunikasiya, mübahisələrin idarə edilməsi;
- Vaxtın düzgün idarə edilməsi, stresə dözümlülük;
- Yenilikçilik və davamlı inkişaf;
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma.
Vəzifə və Öhdəliklər:
- İllik Audit Planına əsasən və ya Plandan kənar həyata keçirilən audit layihələrində qrup üzvü kimi iştirak etmək;
- Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
- Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında işçi faylları, hesabatları və s. hazırlamaq;
- Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmasında iştirak etmək və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
- Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasında iştirak etmək;
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.
Son Müraciət Tarixi: 23.08.2022