Vakansiya: Big data üzrə inzibatçı
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- “Big Data” ehtiyaclarının təyin olunması.
- “Big Data” –nın saxlanması və emal olunması üçün sistemlərin qurulması və inkişaf etdirilməsi.
- “Big Data” üzrə arxitektura əsasında müstəqil həllər hazırlamaq.
- “Big Data” mühəndisliyi üzrə təlimlər keçməklə texniki heyəti hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Sahə üzrə 3 il iş təcrübəsi.
- “Big Data” storage texnologiyaları (HDFS, Minio, Amazon S3) üzrə biliklər.
- Streaming texnologiyaları (kafka) üzrə biliklər
- CDC texnologiyaları üzrə biliklər.
- RDMS üzrə biliklər.
- NoSql məlumat bazaları üzrə biliklər.
- Data Virtualization texnologiyaları üzrə biliklər.
Əgər axtardığımız namizəd sizsinizsə portalda (https://careers.abb-bank.az/) qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.