Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Kiçik və orta biznes müştəriləri üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “SME_Mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (CV-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Kiçik və orta biznes müştəriləri departamenti
Vəzifə: Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri
Vəzifə öhdəlikləri:
• Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
• Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi;
• Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək;
• Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması;
• Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq;
• Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək;
Tələblər:
• AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nın filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında biliklər;
• Ali təhsil (İqtisadi və riyazi təhsilə üstünlük veriləcəkdir);
• Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı;
• Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı;
• Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik.
İş müddətində əldə edəcəksiniz:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri