ABB ASC
Satınalma Əməliyyatları şöbəsinə müqavilə üzrə mütəxəssis/ aparıcı/ baş mütəxəssis
Son tarix 06 noy 2022 Müraciət et
Görəcəyiniz işlər:
- Bank ilə podratçılar arasında imzalanması nəzərdə tutulan satınalma müqavilələri (əlavələri və razılaşmalar) üzrə proseslərin idarə etmək;
- Müqavilələrdən irəli gələn xərclərin bankın xərc siyasətinə uyğun olmasına nəzarətin həyata keçirmək;
- Mövcud müqavilələrdə əlavə və dəyişikliklərə ehtiyacı müəyyən etmək və təkliflər vermək üçün podratçı (malgöndərən)nın fəaliyyətini qiymətləndirmə nəticələrindən istifadə etmək.
- Müqavilələrdə müəyyən olunmuş öhdəliklərin icrasına nəzarətin təşkil edilməsi və müqavilələrdən irəli gələn digər zəruri tədbirlərin aidiyyəti strukturlarla razılaşdırmaqla həyata keçirilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Səlis Azərbaycan, Rus və İngilis dili biliyinə;
- Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
- Sahə üzrə minimum 1 il iş təcrübəsinə;
- İnduktiv və analitik təhlil bacarığına;
- Komandada işləmək bacarığına;
- Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Hesabatlıq və təhlil şöbəsinə mütəxəssis
Son tarix 06 noy 2022 - Müraciət et
Görəcəyiniz işlər:
- Korporativ və KOS müştərilərə aid müxtəlif hesabatların hazırlanması;
- Kredit və qarantiyalar üzrə silinmələrin aparılması;
- Kredit və qarantiyalar üzrə ödənişlərə nəzarət;
- KPI hesablanması və təqdimatların hazırlanması;
- Müvafiq fondlara hesabatların təqdim edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- MS Office proqramlarından (xüsusilə MS Excel) sərbəst istifadə bacarığı olan;
- Yaxşı səviyyədə SQL biliyi olan;
- Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Məhkəmə ilə iş və icra şöbəsinə Hüquqşünas
Son tarix 06 noy 2022 Müraciət et
Görəcəyiniz işlər:
- Problemli kreditlərlə bağlı müraciətlərə baxılması, bildirişlərin göndərilməsi;
- İddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
- Məhkəmə proseslərində Bankı təmsil etmək;
- Problemli kreditlərlə bağlı Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
Bizim üçün uyğun namizəd:
- Ali hüquqi təhsilli;
- Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
- MS Office yüksək səviyyədə iş bacarığı olan;
- Hüquq sahəsində 1-3 il iş təcrübəsi olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Kredit məhsulları sahəsinin (Lending Tribe) MTK əməkdaşlıq və Dövlət ipotekası üzrə mütəxəssisi
Son tarix 06 noy 2022 Müraciət et
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- Tribe tələblərinə uyğun məlumatın toplanması, təhlili və hesabatların hazırlanması;
- Bank məhsul və xidmətlərinə yönəlik prediktiv modellərin və test qruplarının hazırlanması;
- Məhsullar üzrə mənfəət/zərər (cost/benefit) analizlərinin aparılması;
- Müştərilərin bank məhsul və xidmətləri üzrə tranzaksiyalarını analiz etmək və daha sonrakı seqmentasiya və təsnifləndirmə (clustering) işlərinin aparılması;
- Xətti və qeyri xətti (Linear and non-linear) modellər, təsnifləndirmə (clustering), optimizasiya və prediktiv analitika kimi metodlarının tətbiqi;
- Strateji qərarların verilməsində və dəyişdirilməsində, habelə əsas bizneslə bağlı fəaliyyətlərin dəstəklənməsi məqsədiylə data və statistik analizlərin aparılması;
- Biznes strukturları və rəhbərlik üçün vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması;
- Görüləcək işləri texniki araşdırmaq, Agile komandası ilə texniki tapşırıqları müzakirə etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Riyaziyyat, Statistika, analitika yönümlü biznes ixtisasları üstünlükdür);
- Yüksək səviyyədə riyazi və analitik biliklərə;
- Bankçılıq, maliyyə planlaması, risk menecmenti, biznes proseslər menecmenti sahələri üzrə ən azı 1 illik iş təcrübəsinə;
- Analitik texnikalar, SQL və ya digər strukturlu proqramlaşdırma dilləri, həmçinin Excel üzrə mükəmməl biliklərə sahib olan;
- Problemlərə kompleks və məntiqi yanaşma bacarığına;
- Dəqiq və detallara qarşı diqqətli;
- Yüksək şəxsi keyfiyyətləri olan və komanda tərkibində işləmə qabiliyyətli;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyətli şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Kreditlərin anderraytinqi şöbəsinə mütəxəssis /aparıcı /baş mütəxəssis
Son tarix 06 noy 2022 Müraciət et
Görəcəyiniz işlər:
- Korporativ və KOS kreditləri üzrə biznes sifarişlərin risk nöqteyi-nəzərdən təhlili və rəy verilməsi Müxtəlif kredit məhsul növlərinə rəyləri hazırlamaq;
- Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlil etmək;
- Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanmasında iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həll etmək.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə, CFA /FRM üzrə nəaliyyətlər üstünlükdür ;
- Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
- Bu sahəyə uyğun 1-3 il iş təcrübəyə;
- İnduktiv və analitik təhlil bacarığına;
- Komandada işləmək bacarığına;
- Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Bankdaxili qərarlara və tədbirlərin icrasına nəzarət şöbəsinə Aparıcı/Baş mütəxəssis
Son tarix 06 noy 2022 Müraciət et
Görəcəyiniz işlər:
- Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların icrasının monitorinqini həyata keçirmək;
- Bankdaxili yoxlama strukturları, eləcə də kənar audit və tənzimləyici qurumlar tərəfindən aparılmış yoxlamaların nəticələri ilə bağlı tədbir planlarının hazırlanmasına nəzarət;
- Müxtəlif yoxlamaların nəticəsi, eləcə də bankdaxili risklərin minimallaşdırılması ilə bağlı tədbirlər planının hazırlanmasına və icrasına nəzarət prosesində iştirak;
- Tədbirlər planının hazırlanması və icrası ilə bağlı müvafiq strukturlara sorğular göndərmək, aidiyyəti sənədləri tələb etmək, onlardan yazılı və şifahi arayışlar, məlumatlar almaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
- MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
- Bankda minimum 1-3 il iş təcrübəsi olan;
- Komandada iş bacarığı olan;
- Problem həll etmə bacarığı olan;