ABB ASC
Risk həlləri sahəsinə məhsul sahibi / aparıcı məhsul sahibi / baş məhsul sahibi
Son tarix 17 avq 2025 - Müraciət et
ABB “Risk həlləri sahəsinə məhsul sahibi / aparıcı məhsul sahibi / baş məhsul sahibi” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Bank məhsullarının optimallaşdırılması və risklərin azaldılması üçün təkliflər vermək;
- Biznes tələblərinə uyğun olaraq məhsulun inkişaf istiqamətini müəyyənləşdirmək;
- Hər məhsul üçün roadmap və uyğun backlog hazırlamaq;
- Sprint planlaması etmək və tapşırıqları sprint hədəflərinə uyğun olaraq prioritetləşdirmək;
- Digər məhsul sahibləri ilə daimi əlaqə saxlamaq, kəsişən və asılı məqamları öncədən müəyyənləşdirmək və iş prosesində nəzərə almaq;
- Regulyasiya tələblərini və daxili risk siyasətlərini anlayaraq, risk modellərinin uyğunluğunu və təsirini düzgün qiymətləndirmək;
- Model performansı üzrə nəticələri oxumaq və təhlil etmək;
- Portfolio risk analitikası və bazar meyllərinə dair ilkin təhlillləri aparmaq;
Bizim üçün uyğun namizəd:
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi olan;
- Bank məhsulları ilə tanış olan;
- Məlumat analizi sahəsində təcrübəsi və problemləri analitik həll etmə bacarığı olan;
- Məqsədləri təyin etmək, prioritetləşdirmək və liderlik bacarıqları olan;
- Aidiyyəti və maraqlı tərəflərə tələb və təklifləri izah etmək üçün güclü ünsiyyət və təqdimat bacarıqları olan;
- Komanda ilə işləməyi və eyni anda bir neçə layihəni idarə etməyi bacaran;
- Scrum və Agile metodologiyaları ilə təcrübəsi olan;
- Kredit riski modelləri və onların biznes qərarlarına təsiri haqqında anlayışı olan və bu sahədə verilənləri təhlil edə bilən;
- Mikro və SME kredit məhsulları üzrə təcrübəsi və ya bazar bilikləri olan;
- Skorinq modellərinin hazırlanması, tətbiqi və monitorinqi proseslərinə biliyi və ya təcrübəsi olan;
- Data Science və modelləşdirmə komandaları ilə işləmə təcrübəsi olan və texniki komandalarla biznes arasında tərcüməçi rolunu oynaya bilən;
- Texnoloji yenilikləri izləyən və məhsul inkişafında innovativ həllər təqdim edən namizəddir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Risk həlləri sahəsinin QA üzrə mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 17 avq 2025 - Müraciət e
ABB “Risk həlləri sahəsinin QA üzrə mütəxəssisi/aparıcı mütəxəssisi” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Biznes proseslərin manual testini icra etmək;
- Reliz və deploylardan öncə umumi reqressiya testlərini icra etmək;
- Yeni və mövcud biznes proseslərin testlərini avtomatlaşdırmaq;
- Binzes tələblərini analiz edərək müvafiq test yanaşmasını təyin və tətbiq etmək;
- Servis testlərini icra etmək;
- Servis testlərini avtomatlaşdırmaq;
- Avtomatlaşdırılmış test proseslərin monitorinqini həyata keçirmək;
- Layihə üzrə Test planını və Test ssenarilərini hazırlamaq;
- Test nəticələrini həmçinin, bug/defect hesabatını hazırlamaq;
- UAT mərhələsində biznes nümayəndələrinə texniki dəstək göstərmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Uyğun sahə üzrə minimum bir il iş təcrübəsinə;
- Oracle, MySql, PostgreSQL üzrə təcrübəyə;
- Bank prosesləri barədə bilik və təcrübəyə (üstünlükdür);
- Java proqramlaşdırma dili üzrə təcrübəyə (üstünlükdür);
- SDLC üzrə ümumi nəzəri biliklərə;
- QA(Manual - Avtomatlaşdırılma) Test sahəsi üzrə bilik və təcrübəyə;
- Postman və SOAP UI bilən və təcrübəyə;
- CI/CD sahəsi üzrə biliklərə sahib olan namizəddir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Birbaşa satışlar şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi
Son tarix 17 avq 2025 Müraciət et
ABB “Birbaşa satışlar şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Sahə üzrə bazar analizi etmək;
- Nağd kreditlər və taksit kartlarının birbaşa satışı;
- Müştərilərlə yerində görüş, potensial müştəri bazasının əldə olunaraq, sonradan soyuq zənglər ilə satışın təşkili;
- Qoyulan satış hədəflərinin icrası;
- Məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;
- Hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər sorğuların icrası.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Müştərilərlə üzbəüz işləmə bacarığı olan;
- Təqdimat bacarığı olan;
- Yaradıcı və innovativ;
- Satış bacarığı olan;
- Bank məhsullarının satışı üzrə təcrübəsi olan;
- Səlis Azərbaycan dilinə (İngilis və rus dili biliyini arzuolunandır);
- Fərdi və komanda tərkibində işləməyi bacaran şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Mühafizə və rejim şöbəsinin mütəxəssisi
Son tarix 17 avq 2025 - Müraciət et
ABB “Mühafizə və rejim şöbəsinin mütəxəssisi” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
- Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
- Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, aidiyyəti üzrə bölüşdürülməsi;
- Yanğın mühafizə sistemlərinə nəzarət;
- Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
- Bankın inzibati binasının mühafizəsinin təşkili.
Bizim üçün uyğun namizəd:
- Ali və ya orta ixtisas təhsilli;
- Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
- Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
- Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
- Həqiqi hərbi xidməti başa vurmuş;
- Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)
- Ünsiyyət bacarığı yüksək səviyyədə olan;
- Detallara diqqət yetirmə bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Satınalma müqavilələrinin idarə edilməsi və sənədləşmə şöbəsinin mütəxəssisi
Son tarix 17 avq 2025 - Müraciət et
ABB “Satınalma müqavilələrinin idarə edilməsi və sənədləşmə şöbəsinin mütəxəssisi” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Bankın resurslarından düzgün istifadə etmək;
- Bank ilə podratçılar (malgöndərənlər) arasında imzalanmış müqavilələr barədə elanları hazırlamaq və onları yerləşdirilməsi üçün Bankın müvafiq struktur bölməsinə təqdim etmək;
- Sənədləşmə ilə bağlı işlərdən irəli gələn hesabatları hazırlamaq;
- Bank ilə podratçılar (malgöndərənlər) arasında imzalanması nəzərdə tutulan satınalma müqavilələri (əlavələri və razılaşmalar) üzrə proseslərin idarə edilməsi, müvafiq struktur bölmələrin müqavilə üzrə şərtlərə dair təkliflərinin və tələblərinin podratçılar ilə razılaşdırılaraq təmin edilməsi və bu proses çərçivəsində bankın maraqlarının qorunması;
- Bankın hüquq, texniki, maliyyə bölmələri ilə podratçılar arasında işin təşkili;
- Bankın ehtiyaclarını müəyyən etmək üçün müvafiq struktur bölmələrlə görüşlərin keçirilməsi;
- İmzalanmış müqavilələr üzrə monitorinqin aparılması;
- Bankdakı hüquq və vəzifələrin müvafiq struktur bölmələr, podratçılar və üçüncü şəxslər tərəfindən düzgün başa düşülməsi üçün mütəmadi görüşlərin, danışıqların aparılması;
- Müqavilələrin (əlavələrin, razılaşmaların) tərtibatı və imzalanması prosesinin normativ sənədlərdə göstərilən qaydalarına riayət edilməsinə nəzarət;
- Mövcud müqavilələrdə əlavə və dəyişikliklərə ehtiyacı müəyyən etmək və təkliflər vermək üçün podratçıların (malgöndərənlərin) fəaliyyətini qiymətləndirmə nəticələrindən istifadə etmək;
- Müqavilələrin reyestrinin monitorinqi, Bankın imzaladığı müqavilələrlə bağlı hesabatı hazırlamaq
- Müqavilələrin razılaşdırılması mərhələsində müqavilə layihəsinin razılaşdırılmış mətni ilə imzalanma mərhələsindəki mətninin eyniliyini yoxlamaq;
- Müqavilədə mövcud olan öhdəliklərin icrası və yarana biləcək risklər ilə bağlı ilə aidiyyati tərəfləri məlumatlandırmaq;
- İcra olunan müqavilələr ilə bağlı podratçıların (malgöndərənlərin) fəaliyyətinin dəyərləndirməsini həyata keçirtmək;
- Sifariş olunan mal, iş və xidmətlərin tədarükü ilə bağlı həmin mal, iş və xidmətləri sifariş edən Bankın aidiyyəti struktur bölməsindən məlumat almaq ;
- Tender və kotirovka təkliflərinin təhlilindən sonra sifariş olunan mal, iş və xidmətlərin satınalma şərtlərinin razılaşdırılması məqsədilə uyğun podratçı (malgöndərən) və sifarişçi struktur bölmənin iştirakı ilə keçiriləcək birgə görüşlərdə iştirak etmək;
- Satınalma proseduru çərçivəsində imzalanan müqavilələrdə, müfaviq struktarların və şirkətin öhdəlikləri icra etmədiyi hallar ilə bağlı tədbirlər görməkdir (bildirişlərin tərtib olunub göndərilməsi, məhkəmə ilə bağlı proses varsa Hüquq Departamentinə yönləndirmək).
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Səlis Azərbaycan, Rus və İngilis dili biliyinə;
- Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
- Sahə üzrə minimum 1 il iş təcrübəsinə;
- İnduktiv və analitik təhlil bacarığına;
- Komandada işləmək bacarığına;
- Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.