ABB ASC
Satınalma müqavilələrinin idarə edilməsi və sənədləşmə şöbəsinin mütəxəssisi
Son tarix 14 mar 2025 - Müraciət et
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Bankın resurslarından düzgün istifadə etmək;
- Bank ilə podratçılar (malgöndərənlər) arasında imzalanmış müqavilələr barədə elanları hazırlamaq və onları yerləşdirilməsi üçün Bankın müvafiq struktur bölməsinə təqdim etmək;
- Sənədləşmə ilə bağlı işlərdən irəli gələn hesabatları hazırlamaq;
- Bank ilə podratçılar (malgöndərənlər) arasında imzalanması nəzərdə tutulan satınalma müqavilələri (əlavələri və razılaşmalar) üzrə proseslərin idarə edilməsi, müvafiq struktur bölmələrin müqavilə üzrə şərtlərə dair təkliflərinin və tələblərinin podratçılar ilə razılaşdırılaraq təmin edilməsi və bu proses çərçivəsində bankın maraqlarının qorunması;
- Bankın hüquq, texniki, maliyyə bölmələri ilə podratçılar arasında işin təşkili;
- Bankın ehtiyaclarını müəyyən etmək üçün müvafiq struktur bölmələrlə görüşlərin keçirilməsi;
- İmzalanmış müqavilələr üzrə monitorinqin aparılması;
- Bankdakı hüquq və vəzifələrin müvafiq struktur bölmələr, podratçılar və üçüncü şəxslər tərəfindən düzgün başa düşülməsi üçün mütəmadi görüşlərin, danışıqların aparılması;
- Müqavilələrin (əlavələrin, razılaşmaların) tərtibatı və imzalanması prosesinin normativ sənədlərdə göstərilən qaydalarına riayət edilməsinə nəzarət;
- Mövcud müqavilələrdə əlavə və dəyişikliklərə ehtiyacı müəyyən etmək və təkliflər vermək üçün podratçıların (malgöndərənlərin) fəaliyyətini qiymətləndirmə nəticələrindən istifadə etmək;
- Müqavilələrin reyestrinin monitorinqi, Bankın imzaladığı müqavilələrlə bağlı hesabatı hazırlamaq
- Müqavilələrin razılaşdırılması mərhələsində müqavilə layihəsinin razılaşdırılmış mətni ilə imzalanma mərhələsindəki mətninin eyniliyini yoxlamaq;
- Müqavilədə mövcud olan öhdəliklərin icrası və yarana biləcək risklər ilə bağlı ilə aidiyyati tərəfləri məlumatlandırmaq;
- İcra olunan müqavilələr ilə bağlı podratçıların (malgöndərənlərin) fəaliyyətinin dəyərləndirməsini həyata keçirtmək;
- Sifariş olunan mal, iş və xidmətlərin tədarükü ilə bağlı həmin mal, iş və xidmətləri sifariş edən Bankın aidiyyəti struktur bölməsindən məlumat almaq ;
- Tender və kotirovka təkliflərinin təhlilindən sonra sifariş olunan mal, iş və xidmətlərin satınalma şərtlərinin razılaşdırılması məqsədilə uyğun podratçı (malgöndərən) və sifarişçi struktur bölmənin iştirakı ilə keçiriləcək birgə görüşlərdə iştirak etmək;
- Satınalma proseduru çərçivəsində imzalanan müqavilələrdə, müfaviq struktarların və şirkətin öhdəlikləri icra etmədiyi hallar ilə bağlı tədbirlər görməkdir (bildirişlərin tərtib olunub göndərilməsi, məhkəmə ilə bağlı proses varsa Hüquq Departamentinə yönləndirmək).
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Səlis Azərbaycan, Rus və İngilis dili biliyinə;
- Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
- Sahə üzrə minimum 1 il iş təcrübəsinə;
- İnduktiv və analitik təhlil bacarığına;
- Komandada işləmək bacarığına;
- Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olaraq qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək
Pərakəndə kreditləşmə sahəsinin müştəri təcrübələri üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis
Son tarix 14 mar 2025 Müraciət et
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Biznes tapşırığına uyğun olaraq məlumatların təhlili və məlumatlara uyğun təklif hazırlanması,
- Komandanın fəaliyyət istiqamətinə uyğun məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
- Kredit və kredit kartı məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ümumi təhlili, qiymətləndirilməsi, təkliflərin hazırlanması;
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
- Satış kanallarının təhlili və təkliflərin hazırlanmasıdır.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Minimum bir il iş təcrübəsinə;
- İstehlak kreditləri, kredit kartı, satış və ya məhsulların yaradılması sahəsində iş təcrübəsinə;
- Yüksək səviyyədə MS Excel biliklərinə;
- Hesabatlıq və ya analitika istiqamətlərində iş təcrübəsinə (üstünlükdür);
- SQL biliklərinə;
- İngilis dili və Rus dili biliklərinə (arzuolunandır);
- Məlumatların vizuallaşdırılması üzrə biliklərə (üstünlükdür);
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
- Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az/ portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Daxili audit departamentinə İT auditor / İT aparıcı / İT baş auditor
Son tarix 14 mar 2025 Müraciət et
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- İT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsi;
- İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
- Üçüncü tərəf, İT xidmət təminatçıları və autsorsinq razılaşmaları ilə bağlı risklərin qiymətləndirilməsi;
- İş davamlılığının və fəlakətin bərpası planlarının qiymətləndirilməsi;
- İT Sistemlərinin və İT İnfrastrukturunun təhlükəsizliyinin adekvatlığının və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
- Məsafədən və yerində auditlər aparmaq,məlumat/məlumat bazalarının təhlilini həyata keçirilməsi;
- Audit müşahidəsi,tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatların tərtib edilməsi
Bizim üçün uyğun namizəd:
- Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olan;
- Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
- Analitik və kritik düşünmə,
- Təşəbbüskarlıq və əzmkarlıq,
- Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
- Məsələlələrə mikro və makro baxış,
- Yüksək ünsiyyət bacarıqları,
- Davamlı inkişaf həvəsi və s.
- Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
- Vətəndaş qüsursuzluğu olan şəxsdir.
Aşağıda qeyd edilən sahələrdən hər hansı birində təcrübə və biliyə sahib olan:
- İT sistem inzibatçılığı və ya şəbəkə sahəsində fundamental biliyə
- UNİX, Linux əməliyyat sistemləri və ya Windows serves ilə işləmə bacarığına;
- İT Governance və ya İT Risk sahəsində 1 il təcrübəyə;
- Proqramlaşdırma və ya DevOps sahəsində 1 il təcrübəyə;
Əgər axtardığımız namizəd sizsinizsə portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Məlumatların və proqramların təhlükəsizliyi arxitekturası üzrə aparıcı / baş mütəxəssis
Son tarix 14 mar 2025 Müraciət et
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- IBM Guardium sistemi üçün təhlükəsizlik və uyğunluq siyasətlərinin idarə edilməsi;
- Təhlükəsizlik təhdidlərini və potensial zəiflikləri müəyyən etmək üçün verilənlər bazaların fəaliyyətinə nəzarət və təhlil edilməsi;
- Kollektorların ve IBM Guardium agentlərinin , təhlükəsizlik qaydaları və hesabatlarının konfiqurasiyasının təmin edilməsi;
- Mövcud sistemlər və təhlükəsizlik siyasətləri ilə düzgün inteqrasiyanı təmin etmək üçün verilənlər bazası administratorları və təhlükəsizlik qrupları ilə əməkdaşlıq edilməsi;
- IBM Guardium konfiqurasiyaları, prosedurları və siyasətlərinin sənədlərinin yaradılması.
- Potensial təhlükəsizlik pozuntularını aşkar etmək üçün IBM Guardium hesabatlarının və xəbərdarlıqlarının hazırlanılması və icra edilməsi;
- IBM Guardium xüsusiyyətləri və funksionallığı ilə bağlı istifadəçilərə və maraqlı tərəflərə təlimatların təqdim edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə);
- Azərbaycan dili, ingilis dili (texniki) bilikləri;
- Oracle, MSSQL ve MongoDB kimi verilənlər bazaları ilə 3 il təcrübəsi;
- Verilənlər bazası təhlükəsizliyi məhsulları ilə təcrübə (IBM Guardium, Imperva);
- Verilənlər bazası təhlükəsizliyi konsepsiyaları və prinsipləri haqqında güclü anlayışı;
- CİS kimi uyğunluq standartlardan anlayışı olan;
- Texniki problemləri həll etmə bacarıqları;
- Komanda mühitində effektiv işləmək bacarığı ilə güclü ünsiyyət bacarıqları;
- Verilənlər bazası fəaliyyətindəki anomaliyaları müəyyən etmək, təhlil etmək bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Sistem təhlükəsizlik arxitekturası üzrə aparıcı mütəxəssis / baş mütəxəssis
Son tarix 14 mar 2025 Müraciət et
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Email Security Gateway idarəetməsini həyata keçirmək;
- Səlahiyyətli istifadəçilərin qoşulmalarının PAM üzərindən tətbiqini həyata keçirmək;
- DLP sazlamalarını həyata keçirmək;
- İnformasiya Təhlükəsizliyinin prinsiplərinin ən yaxşı təcrübələr toplusu əsasında bankda tətbiqinə çalışmaq;
- XDR məhsullarını sazlamaq , policy və konfiqurasiyaları etmək;
- MDM aləti vasitəsilə son istifadəçilərin bağlantılarını nəzarətdə saxlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- PAM, DLP həlləri ilə bağlı iş təcrübəsinə;
- Email Security Gateway həlləri ilə iş təcrübəsinə;
- MFA həlləri ilə işləmə bacarığına;
- MDM həlləri ilə bağlı iş təcrübəsinə;
- XDR məhsulları ilə işləmə bacarığına;
- Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə
- Komandada işləmək bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olaraq qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək
Müştərilərə satış və xidmət bölməsi üzrə mütəxəssis - Hava Limanı
Son tarix 14 mar 2025 Müraciət et
ABB “Müştərilərə satış və xidmət bölməsi üzrə mütəxəssis - Hava Limanı” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Təhkim olunmuş cari korporativ və pərakəndə müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
- Yeni korporativ və pərakəndə müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək;
- Müştərilərin sorğularını lazımi struktur orqanlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
- Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
- Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımi işlərin görülməsi.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi təhsilə;
- Azərbaycan dilini səlis bilənə; rus və ingilis dili arzu olunandır;
- Korporativ müştərilərlə iş sahəsində minimum 1 il təcrübəyə;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
- Stresə davamlılığa;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.