ABB ASC
İnkassator - Şirvan
Son tarix 06 apr 2025 - Müraciət et
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Nağd pul və digər qiymətlilərin təhvil-təslimi zamanı bağlamaların və qablaşdırılmanın bütövlüyünü, zədəsiz olmasını və rekvizitlərin mövcudluğunu yoxlamaq;
- Nağd pul və digər qiymətlilərin təhvil-təslimi zamanı inkassasiya prosesini müşayət edən sənədləşmənin düzgünlüyünün yoxlanılması;
- Nağd pul və digər qiymətlilərin inkassasiyası prosesləri zamanı qiymətlilərin bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali və ya orta ixtisas təhsili olan;
- Komandada işləmək bacarığı olan;
- İşdə dəqiqlik, detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.
- Hərbi qulluqçular, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlarına üstünlük verilir.
Əgər axtardığımız namizəd sizsinizsə qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.