Dalga Beach Aquapark işçilər axtarır
İnsan Resursları üzrə baş menecer
Son tarix 04 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
-
İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
-
E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
-
Aylıq davamiyyət tabelinə nəzarət olunması və qeydiyyatının aparılması;
-
İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
-
İşçilərin icbari sığortalanmasının təmin edilməsi;
-
Əmək kitabçalarının yazılması, dəyişikliklərin qeyd olunması, əmək kitabçalarının qeydiyyatı jurnallının yazılması;
-
İşçilərlə bağlı aylıq hesabatların hazırlanması;
-
İşə qəbul olunmuş şəxslərin əmək haqqı kartlarının sifariş olunması;
-
Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi), işə qəbul müsahibələrin keçirilməsi və uyğun namizədlərin adiyyatı şöbəyə yönləndirməsi;
-
Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;
-
Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
-
Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi
Tələblər:
-
Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
-
İnsan resursları sahəsində təcrübə minimum 3-5 il
-
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
-
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
-
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
-
Ünsiyyət qurma bacarığı;
-
Operativ və düzgün qərar vermək bacarığı;
-
İşə məsuliyyətli yanaşmaq;
-
Problemləri həll etmə bacarığı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə baş menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Cost Controller
Son tarix 04 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
-
Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
-
Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
-
Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
-
Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
-
Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
-
Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
-
Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
-
Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
-
Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
-
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
-
Təhsil-Ali;
-
Restoran və ya otel sahəsində ən azı 3 il iş təcrübəsi;
-
Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Cost Controller” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Stok menecer
Son tarix 04 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Stokun gündəlik yoxlanılması və stoka nəzarət edilməsi;
-
Anbardan malların giriş və çıxışına nəzarət edilməsi;
-
Sayım prossesinə nəzarət etmək;
-
Sayım nəticələrinin analiz edilməsi;
-
Mal stokunun dövriyyəsinə nəzarət etmək;
-
Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
-
Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək;
Tələblər:
-
Ali təhsil (İqtisadiyyat, menecment, maliyyə və audit );
-
Müvafiq sahə üzrə iş təcrübəsi;
-
Dəqiqlik, nəzarətetmə bacarığı, məsuliyyətlilik, stressə davamlılıq;
-
Komandada işləmək bacarığı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Stok menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 04 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
-
İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
-
Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq;
-
Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
-
İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
-
Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
-
İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın 1-2-sində tam məlumatı təqdim etmək.
-
İşə Qəbul müsahibələrinin / ilkin görüşlərin keçirilməsi və dəyərləndirilməsi
Tələblər:
-
Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
-
İnsan resursları sahəsində təcrübə minimum 1-3 il
-
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli
-
E-gov portalını bilməli
-
İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
-
Ünsiyyət qurma bacarığı;
-
Operativ və düzgün qərar vermək bacarığı;
-
İşə məsuliyyətli yanaşmaq;
-
Problemləri həll etmə bacarığı;
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Administrator
Son tarix 04 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
-
İşçilər haqqında obyektiv rəy vermək;
-
Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
-
Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
-
Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
-
Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;
Tələblər:
-
Dil bilikləri: Rus dili-əla;
-
Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
-
İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
-
Analitik düşüncə qabiliyyəti
-
İdarəetmədə minimum 3 il iş təcrübəsi mütləqdir
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Mühasib
Son tarix 04 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
-
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
-
Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
-
Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
-
Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
-
Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
-
Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
-
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
-
Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
-
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
-
İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
-
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər:
-
Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı
-
Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
-
Vergi və əmək məcəlləsi üzrə biliklər, eyni zamanda son dəyişiklikləri haqda məlumatlı olmaq
-
Ali təhsil ( iqtisadiyyat )
-
ƏDV ödəyicisi olan şirkətdə mühasibat sahəsində ən azı 3 il fasiləsiz iş təcrübəsi olmalı.
-
ƏDV ödənişlərinin həyata keçirilməsi.
-
Ödəniş tapşırıqlarının hazırlanması, qeydiyyatının aparılması, banka göndərilməsi.
-
Balansın hazırlanması qaydasını bilməlidir.
-
Bank əməliyyatlarını həyata keçirmək və bank çıxarışlarını mövcud proqrama daxil edə bilməli
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Logistika mütəxəssisi
Son tarix 04 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
-
Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
-
Nəqliyyatın planlaşdırılması və sifarişi
-
İdxal və İxrac əməliyyatlarına nəzarət
-
Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
-
Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
-
İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
-
Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
-
Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
-
Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
Tələblər:
-
Təhsil dərəcəsi: Bakalavr
-
Logistika istiqaməti üzrə təhsil və təcrübə
-
Təcrübə: Sahə üzrə 1 - 3 il
-
Məsuliyyətlilik
-
Ünsiyyət qurmaq bacarığı
-
Etibarlılıq
-
Detallara fikir vermək qabiliyyəti
-
Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə bilmək
-
Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Logistika mütəxəssisi” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Baş anbardar
Son tarix 04 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Mal – material qiymətlilərinin anbara mədaxili, mədaxili və sənədləşmə işlərinin aparılması;
-
İstehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə mal – material qiymətlilərinin anbarda saxlanılması;
-
Rəsmiləşdirilmə qaydalarına riayət edilməsi, mədaxil – məxaric sənədlərinin təhvili, hesabatların düzgün hazırlanmasının təmin edilməsi;
-
Anbar işinin təşkili, malların giriş çıxışına nəzarət mexanizminin qurulması;
-
Tabeçiliyində olan anbar və anbardarlara nəzarət etmək.
Tələblər:
-
Ali təhsil
-
Azərbaycan, rus dilləri yüksək səviyyədə olmalı (ingilis dili arzu olunandir)
-
Yüksək ünsiyyət qurma, idarəetmə və komandada işləmək bacarığı
-
MS Office (MS Excel, MS Word, MS Outlook, 1C) proqramlarından sərbəst istifadə qabiliyyəti
-
İş təcrübəsi minimum 5 il
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş anbardar” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Baş mühasib
Son tarix 04 iyn 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
-
Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
-
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
-
Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
-
Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
-
Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
-
Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
-
Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
-
Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
-
Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
-
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
-
İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
-
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
Tələblər:
-
Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
-
Baş mühasib vəzifəsində ən azı 5 il iş təcrübəsi;
-
Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
-
Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
-
Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
-
Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
-
Əla səviyyədə Azərbaycan dili;
-
MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
-
Mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı (Micro üstünlükdür
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.