Compass International
Baş Aşpaz
Son tarix 13 iyn 2025 - [email protected]
Bakıda yerləşən yeni açılacaq şərab və kokteyl barına.
Öhdəlikləri:
- Gündəlik olaraq mətbəx əməliyyatlarının təşkili və nəzarət
- Menyuların hazırlanması
- Mətbəx işçilərinin işinin təşkili və idarə olunması
- İnventarlara nəzarət (keyfiyyətin kontrolu)
- Yeməklərin keyfiyyətinə və təqdimatına nəzarət
- Gigiyena və təhlükəsizlik qaydarına tam əməl olunmasına nəzarət
- Servis komandası ilə işləmək bacarığı və müştəri məmnuniyyətinin təmin olunması
Tələblər:
- Avropa mətbəxində daha əvvəl minimum 5 il iş təcrübəsi
- Kulinariya yaradıcılığı və menyuların tərtibi
- Liderlik bacarıqları və mətbəx işçilərinin idarə edilməsi
- Qida keyfiyyətinə nəzarət və təqdimat
- İnventarın idarə edilməsi və planlaması
- Qida xidmətində sağlamlıq və təhlükəsizlik qaydalarını bilmək
- Təşkilatçılıq və vaxtı idarə etmə bacarığı
- Sürətli templi mühitdə səmərəli işləmək bacarığı
- Büdcə idarəetməsi və mətbəx xərclərinə nəzarət bacarığı
İş şəraiti:
- Əmək haqqı: 1500 AZN (xalis) + Satışdan bonus
- 5 günlük iş həftəsi
Potensial namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan email ünvanına göndərə bilərlər.
Sinteks Group of Companies
Baş Aşpaz (İstehsalat sahəsi)
Son tarix 14 iyn 2025 - [email protected]
Şirkət: Sinteks Şirkətlər Qrupuna daxil olan “FBCO” MMC
Vəzifənin məqsədi:
İstehsalat mətbəxində məhsulların texniki kartlara uyğun, yüksək keyfiyyət və gigiyena standartlarına əsasən hazırlanmasını təmin etmək. İstehsalat proseslərini səmərəli planlamaq, komandanın işini təşkil etmək və sifarişlərin vaxtında, israf edilmədən çatdırılmasına nəzarət etmək.
Əsas məsuliyyətlər:
- Reseptlərə uyğun olaraq məhsul və bişintilərin hazırlanmasını təşkil etmək və keyfiyyətə nəzarət etmək;
- Günlük sifarişlər əsasında istehsalat prosesini planlaşdırmaq və idarə etmək;
- Məhsulların texniki kartlarına əsasən tərkiblərin düzgün miqdarda istifadəsinə və keyfiyyətinə nəzarət etmək;
- Komanda üzvləri arasında vəzifələri bölüşdürmək və onların işini effektiv idarə etmək;
- Aşpazlara təlimlər keçmək və onların peşəkar inkişafını dəstəkləmək;
- İşçilərin davamiyyətinə və intizamına nəzarət etmək;
- İstehsalat proseslərinin fasiləsizliyini təmin etmək və gecikmələrin qarşısını almaq;
- Qida təhlükəsizliyi və gigiyena normalarına əməl olunmasına ciddi nəzarət etmək;
- Məhsulların sifarişini düzgün planlaşdırmaq, keyfiyyətli və təzə məhsulların istifadəsini təmin etmək;
- Anbarda məhsulların düzgün saxlanmasına və vaxtında istifadə olunmasına nəzarət etmək;
- İstehsalat prosesində israfın azaldılması və xərclərin optimallaşdırılması üçün tədbirlər görmək.
Tələblər:
- Kulinariya sənəti və ya qida istehsalı üzrə peşəkar təhsil (sertifikat və ya diplom);
- Restoran, otel və ya istehsalat mətbəxində minimum 3-5 illik iş təcrübəsi;
- Yemək və şirniyyat hazırlama texnikaları üzrə dərin biliklər (doğrama, bişirmə, sous və krem hazırlığı və s.);
- İstehsalat mətbəx avadanlıqlarının işləmə prinsiplərini bilmək;
- Qida təhlükəsizliyi və gigiyena qaydalarına uyğun işləmək bacarığı;
- Komanda idarəetməsi, vəzifələrin bölüşdürülməsi və əməkdaşların motivasiyası sahəsində təcrübə;
- İstehsalat proseslərinin planlaşdırılması və təşkil edilməsi bacarığı;
- Vaxtın effektiv idarə olunması və sürətli iş rejiminə uyğunlaşma;
- İş keyfiyyətinə nəzarət və yüksək standartlara riayət etmək bacarığı;
- Qida təhlükəsizliyi sistemləri (HACCP və s.) üzrə biliklər;
- Qida allergenləri və onların idarə olunması haqqında məlumatlı olmaq;
- Güclü liderlik və təşkilatçılıq qabiliyyəti.
Əmək Şəraiti:
- İş rejimi: 09:00–18:00
- İş yeri: Mərdəkan
- Əmək haqqı 2500-3000 AZN
MÜRACİƏT QAYDASI:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Aşpaz (İstehsalat sahəsi)” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 010 253 08 81 WhatsApp nömrəsinə göndərə bilərlər.