Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası
İcraçı direktor
Son tarix 10 apr 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sədrin göstəriş və tapşırıqlarına müvafiq olaraq assosiasiyanın fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- Sədrin qərarlarının icrasına nəzarət etmək;
- Sədrin göstərişi ilə İcraçı direktor səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
- Assosiasiyanın iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə Assosiasiyanın sədrinə yazılı və ya şifahi şəkildə məruzə etmək.
Namizədə dair tələblər:
- Yaş aralığı: 25 – 40
- Təhsil: Ali
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
- Dil bilikləri: Azərbaycan, İngilis dili, əlavə olaraq Rus dili;
- Zamanın səmərəli və effektiv idarəedilməsi;
- Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi;
- Müsbət nəticələr verməkdə təşəbbüskar və həvəsli olmaq;
- Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
İş saatı: 10:00 – 19:00, İş qrafiki: 5 gün
Əmək haqqı müsahibə əsasında təyin olunur.
Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını göndərsinlər.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İcraçı direktor" yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.