MSDIS Holding çoxsaylı iş yerləri üzrə vakansiya elan edib.
Texniki mühəndis
Son tarix 03 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Tender Çizgiləri və texniki tələblərə uyğun olaraq BOQ hazırlanması ;
-
Faktiki çizgilərə əsasən ölçülərin verilməsi;
-
Tender zaman gələn texniki məlumatların yoxlanılması
-
Layihə ilə bağlı proqresin sənədləşdirilməsi və çatışmayan sənədlər barəsində rəhbərə məlumat verilməsi;
-
Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
-
Tender sənədlərinin hazırlanması və Tenderin keçirilməsinə birbaşa iştirak;
-
Texniki iclaslarda iştirak , mövcud problemlərin müzakirəsi və həlli istiqamətində addımların atılması ;
-
Digər iş növləri ilə koordinasiyanın edilməsi ;
-
Mexaniki işlərlə bağlı smetanın hazırlanması , işçi qüvvəsi və material hesabatı hazırlanması
-
Subpodratçılar və Sifarişçi ilə mübahisəli mövzuların müzakirəsi və həlliLayihəçi ilə BoQ , spesifikasiya və cizgilərdə olan uyğunsuzluqların aydınlaşdırılması.
Tələblər:
-
Yaş həddi: 30-55;
-
Sənaye,mülki tikinti,yol və inşaat mühəndisliyi üzrə ali təhsil;
-
Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə;
-
MS Word, MS Excel, MS Project (MS Excel yüksək səviyyədə tələb olunur)
-
Rus dili arzu olunandır.
-
Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları bilmək;
-
Tikintidə layihə-smeta sənədlərinin hazırlanması, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
-
Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
-
Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
-
Əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
İş şəraiti:
-
İş qrafiki: 6 günlük iş həftəsi;
-
Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
-
ARƏM əsasən işə qəbul;
-
Əlaqə nömrəsi: 051-201-21-97
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Texniki mühəndis (smeta)" qeyd edərək e-ünvanına göndərə bilərlər.
Sahə rəisi
Son tarix 03 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
-
Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə əməl etmək;
-
Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət etnək;
-
Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti- quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
-
Layihə sənədlərinə uyğun olaraq tikinti işini təşkil etmək və nəzarətdə saxlamaq;
-
Tikinti maşınlarıdan, nəqliyyat və mexaniki vasitələrdən, detallar (hissələr) və inventarlardan və s. materiallardan səmərəli istifadə olunmanı təmin etmək;
-
İş prosesini texnoloji xəritələr, əmək proseslərinin xəritələri və digər normativ sənədlərə uyğun təşkil etmək;
-
İşlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi üzrə çalışmaq, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan məqsədyönlü şəkildə istifadə etmək;
-
İş yerlərində işçiləri əmək təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq;
-
Görülmüş işlər barədə rəhbərliyə hesabat vermək.
Tələblər:
-
Texnik sahədə ali təhsil;
-
Yaş həddi: 30-55;
-
Tikinti layihələrində iş icraçısı kimi 5 il iş təcrübəsi;
-
Azərbaycan dili səlis, rus dilini orta səviyyədə bilməli;
-
Tikinti istehsalatının təşkili və texnologiyasını bilməli, tikilən obyektlərin layihə-smeta sənədləri haqqında anlayışlı olmalı;
-
Sahə və briqadaya aid təsərrüfat hesabının üsullarını bilməli;
-
İqtisadiyyatın, eləcə də, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli;
-
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası haqqında bilməli;
İş şəraiti:
-
İş qrafiki: 6 günlük iş həftəsi;
-
Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
-
ARƏM əsasən işə qəbul;
-
İş yeri: Füzuli rayonu ərazisi;
-
Əlaqə nömrəsi: 051-201-21-97
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Texniki mühəndis (smeta)" qeyd edərək e-ünvanına göndərə bilərlər.
Topoqraf
Son tarix 03 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Layihə çizgilərinin və çertyojların oxunması;
-
Topoqrafik planlama işlərinin görülməsi və layihənin naturaya köçürülməsi;
-
Geodeziya ölçmə işlərinin həyata keçirilməsi;
-
Rəhbərliyin göstərişinə əsasən digər layihələrə ezamiyyətlər;
-
Alətlə ölçülə bilən iş həcmlərinin hesablanması və icra sxemlərinin hazırlanması;
-
İşin gedişatı ilə bağlı əlavə iş saatlarında və ya istirahət günlərində qalıb işləmək;
Tələblər:
-
Topoqrafik alətlər ilə işləmə bacarığı;
-
Mövcud sahə üzrə iş təcrübəsi;
-
İnşaat sahəsi üzrə ali təhsil (Geodeziya-Kartoqrafiya sahəsi üzrə təhsil alanlara üstünlük
-
verilir);
-
Müvafiq kompüter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.), AutoCad
-
Geodeziya avadanlıqları ilə sahədə sərbəst işləməli (Taxeometr, Nivelir, GPS);
-
Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı;
-
Yüksək məsuliyyət, diqqətcil olmaq;
İş şəraiti:
-
İş qrafiki: 6 günlük iş həftəsi;
-
Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
-
ARƏM əsasən işə qəbul;
-
Əlaqə nömrəsi: 051-201-21-97.
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Topoqraf" qeyd edərək e-ünvanına göndərə bilərlər.
Yol mühəndisi (yol tikinti)
Son tarix 03 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Yol işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
-
Yol-inşaat Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək;
-
Sahədə görülən tikinti işlərinə bilavasitə nəzarət etmək və işlərin vaxtında təhvil verilməsinə məsuliyyət və cavabdehlik daşımaq;
-
Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
-
Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
-
Rəhbərliyə layihənin gedişatı ilə bağlı vaxtı-vaxtında hesabatlar təqdim etmək;
-
Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək;
-
Layihələndirmədən öncə layihələrin icra olunduğu sahəyə yerində baxışını təmik etmək;
-
Yolun quruluşu və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq;
-
İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
-
Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların yerinə yetirilməsi və s.
Tələblər:
-
Qeyd olunan sahə üzrə ali təhsil;
-
Ən azı 5 il iş təcrübəsi;
-
Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
-
MS office proqramlarında işləmə bacarığı;
-
Layihəçəkmə və planlaşdırma bacarığı;
-
Komandada işləmə bacarığı, təşkilatçılıq, çeviklik və məsuliyyətlilik bacarığı.
İş şəraiti:
-
İş qrafiki: 6 günlük iş həftəsi;
-
Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
-
ARƏM əsasən işə qəbul;
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Yol mühəndisi" qeyd edərək e-ünvanına göndərə bilərlər.
Briqadir(Yol tikintisi)
Son tarix 03 may 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Yolun tikintisi üçün müəyyən edilmiş vaxt intervalı və hava şəraitinin münasibliyini yoxlamaq;
-
Hazırlıq işlərinə başlamaq üçün yolun layihəsi və tikiliş cizgiləri haqqında ərazidə çalışan işçilərə aydın məlumat vermək;
-
Yol tikintisi üzrə əməliyyatların ardıcıllığını layihənin planı və ekoloji tələblərə uyğun olaraq ərazidə çalışan işçilər ilə planlaşdırmaq və tətbiq etmək;
-
Yolun tikilişi və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq
-
Müəssisənin təlimatlarına uyğun olaraq texniki xidmət üçün tələb olunan işçi, material və avadanlığı əlaqələndirmək, iş qrafikini planlaşdırmaq;
-
Layihə, tikinti, proqram modifikasiyası və ya tikinti-təmir işləri ilə əlaqədar ərazidə çalışan işçilərə texniki məsələlər ilə bağlı məsləhət vermək.
-
Əməyin mühafizəsi üzrə tələblərə uyğun olaraq digərləri ilə ünsiyyət yaratmaq.
Tələblər:
-
Təhsil: Müvafiq sahə üzrə arzuolunandır
-
Yaş aralığı: 25-55
-
Yol tikintisində 3 ildən artıq sahə üzrə təcrübə;
-
Komandanın idarə olunması və iş bölgüsünün düzgün aparılması;
-
Məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
-
Stresə dözümlülük, dürüstlük.
İş şəraiti:
-
Təcrübə: 3 il
-
İş qrafiki: 6 günlük
-
İş yeri: Şəhərdaxili fərqli ərazilər
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Briqadir" qeyd edərək e-ünvanına göndərə bilərlər və ya 051 201 21 97 mobil nömrə ilə əlaqə yarada bilərlər.