Azərbaycan Mərkəzi Bankı (AMB) “Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC-yə sığorta brokeri fəaliyyəti üçün lisenziya verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Şirkətin adı onun islam maliyyəsi - sığorta üzrə fəaliyyət göstərəcəyindən xəbər verir.
Hazırda Azərbaycanda 16 hüquqi şəxs sığorta brokeri lisenziyasına malikdir.
“Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri” MMC 2025-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, ev 20,mən 2, direktoru isə Eyvaz Cəfərlidir.












