Ram Holding
Maliyyə hesabatlığı üzrə menecer
Son tarix 20 dek 2023 - [email protected]
Namizədə olan tələblər:
- Ali təhsil(Mühasibat uçotu, maliyyə və ya müvafiq sahədə);
- Azərbaycan dili səlis, rus dili və ingilis dili biliyi orta səviyyədə olmalı;
- ACCA F3, F7 / CIMA BA3 / CPA sertifikatları üstünlükdür;
- Müvafiq sahə üzrə rəhbər və ya aparıcı vəzifədə 2 ildən çox təcrübə olmalı(maliyyə hesabatları, maliyyə nəzarəti, daxili/xarici maliyyə auditi);
- 1C-də təcrübə mütləqdir (1C ERP-yə üstünlük verilir);
- Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.
Vəzifə öhdəlikləri:
- Maliyyə siyasəti və prosedurlarını işləyib hazırlamaq və həyata keçirmək;
- Dövri olaraq maliyyə hesabatlarının hazırlanmasına nəzarət etmək və təhlilini təmin etmək, həmçinin dövrün bağlanması və aylıq maliyyə hesabatlarının təqdim edilməsi prosesini koordinasiyası etmək;
- Qrup şirkətlərində bütün müvafiq uçot qaydalarına riayət olunmasını təmin etmək;
- Maliyyə məlumatlarının düzgünlüyünü və etibarlılığını təmin etmək üçün daxili nəzarət vasitələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Prosedur və proseslərin optimallaşdırılmaısnı təmin etməklə uçotun və hesabatlılığın səmərəliliyini və effektivliyini artırmaq;
- Xarici audit prosesinin koordinasiyası və əlaqələndirilməsini həyata keçirmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 3297-3685 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə hesabatlığı üzrə menecer” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.