Azərbaycanda ən aşağı əmək haqqı ilə işçi cəlb etməyə çalışan şirkətlər məlum olub.
FED.az xəbər verir ki, bəzi şirkətlər ölkə üzrə ən aşağı – minimum əmək haqqı sayılan 300 manat məbləğə əməkdaşlır cəlb etməyə çalışırlar.
Halbuki, qanunvericiliyə görə, bu məbləğdə əmək haqqı heç bir təhsili olmayan və sırf texniki işləri həyata keçirən əməkdaşlara verilməlidir.
Vakansiyalarda kifayət qədər ciddi və məsuliyyətli vəzifələri icra edən əməkdaşlara da belə maaş təklif edilir.
Bəzi şirkətlər əmək haqqı xərclərini azaltmaq üçün əməkdaşları minimum maaşla cəlb edir, maaş azlığını isə faiz ödənişləri ilə kompensasiya etməyə çalışırlar.
Bu isə gələcəkdə əməkdaşın pensiya təminatında ciddi problemlər yarada bilər.
Maraqlıdır ki, cüzi maaşla işə əməkdaş cəlb etməyə çalışan şirkətlər arasında ölkədə onlarda mağazası olan ticarət şəbəkələri, maliyyə xidmətləri göstərən və kifayət qədər gəlirləri olan şirkətlər də var.
Bunlar "City Finance BOKT", "Bizim Market", "Radius", "Implant Dent", "Libraff", "Ferrum Capital", "Restaurants by Emin Agalarov", "Soliton", "Optimal Elektronika", "BOA agentliyi", "MKT İstehsalat Kommersiya" MMC və başqalarıdır.