Ziraat Bank Azərbaycan
Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi Departamentinə aparıcı mütəxəssis
Son tarix 11 mar 2022
Vəzifəyə olan tələblər:
-
Ali hüquqi təhsili;
-
Müvafiq sahədə 6 illik iş stajı;
-
Bank sahəsi, eyni zamanda, korporativ və məhkəmə işləri sahəsində bilik və təcrübənin olması;
-
Qanunvericiliyi, xüsusilə bank qanunvericiliyi, haqqında biliklərə malik olması;
-
Türk və İngilis dili biliklərinə üstünlük verilir;.
-
MS Office, Internet Explorer proqramları ilə çalışmaq bacarığı.
Əsas vəzifələr:
-
Müştərilərlə yaşanan hər cür hüquqi anlaşılmazlıqlarla əlaqədar struktur bölmələrlə koordinasiyalı işləmək, bununla bağlı struktur bölmələrə tövsiyələr vermək, lazımi hallarda məsələnin hüquqi müstəvidə həll edilməsinə çalışmaq;
-
Etibarnamə ilə verilmiş səlahiyyətlər çərçivəsində məhkəmələrdə Bankı təmsil etmək;
-
Banka olan kredit borclarının inzibati və hüquqi yollarla ödənilməsi və ləğv olunmasıyla əlaqədar bütün müvafiq iddia və təqib proseslərini Bankın lehinə nəticələndirmə yönündə aparmaq/aparılmasını təmin etmək;
-
Bankın filiallarının, şöbələrinin və nümayəndəliklərinin açılması, habelə hər hansı fəaliyyət növü ilə bağlı lisenziyanın alınması üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək;
-
Bankın səhmlərinin emissiyası ilə bağlı tələb olunan sənəd və məlumatların hazırlanmasında iştirak etmək və hüquqi dəstək vermək;
-
İddia ərizələrini və pretenziyaları hazırlamaq, onları təyinatı üzrə göndərmək və məhkəmə baxışından əvvəl araşdırmalar aparmaq, habelə çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar müvafiq işləri həyata keçirmək;
-
Departament direktoru və Bankın idarəetmə orqanları tərəfindən verilmiş digər vəzifələr.
Göstərilən tələblərə cavab verən namizədlər Mart ayının 10-na qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hüquq sahəsi üzrə aparıcı mütəxəssis” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.