Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Normativ hüquqi təminat şöbəsinə Baş Hüquqşunas
Son tarix 01 mar 2024 - [email protected]
Namizədlərə dair ümumi tələblər:
- Təhsil: Hüquq
- Təcrübə: Hüquq sahəsində ümumilikdə - 4 il; normativ hüquqi təminat sahəsində 2 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus (arzuolunandır)
- Kompyuter: Ofis proqramları
Vəzifə öhdəliklər:
- Agentliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq;
- Nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
- Avtomobil nəqliyyatı sahəsində yerli qanunvericiliyin beynəlxalq norma və standartların tələblərinə uyğunluğunun təmin edilməsində iştirak etmək;
- Agentliyin fəaliyyəti ilə bağlı müxtəlif təyinatlı və xarakterli müqavilələrin hazırlanmasını və belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış hüquqi sənədlərin qanunvericiliyə uyğunluğuna dair hüquqi rəyləri tərtib edərək Departamentin direktoruna təqdim etmək;
- Agentliyin tərəf olduğu müqavilələri təhlil edir, qüvvədə olan qanunvericiliyə uyğun olaraq yoxlayıb və hüquqi rəy tərtib edərək Departamentin direktoruna təqdim etmək;
- Qüvvədə olan hüquqi aktların yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılması barədə təkliflər hazırlamaq və s.
Maraqlanan şəxslər öz CV formalarını e-mail ünvanına, mövzu hissəsində "Baş hüquqşünas” qeyd edərək, göndərə bilərlər.