GM Construction
Layihə rəhbəri (Beynəlxalq layihə üçün)
Son tarix 14 iyl 2022 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi,
- Layihə üzrə şirkəti təmsiletmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət qurumları ilə olan münasibətlərin tənzimlənməsi,
- Layihə üçün lazımı işçi qüvvəsi, avadanlıq və mal - materialların müəyyən edilməsi,
- Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi,
- Layihənin icrası prosesində yaranmış hər hansısa bir dəyişiklik və ya problemlə bağlı memar və sifarişçi arasında düzgün koordinasiyanın qurulması və mövcud problemin həlli,
- Ehtiyac olarsa, sahədə işin keyfiyyətlə yerinə yetirilməsi üçün tələb olunan çertyoj və sxemlərin düzgün işlənməsinə nəzarət edilməsi,
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərin müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsinə nəzarət edilməsi,
- Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi,
- Layihənin cari vəziyyəti haqqında hesabatların və layihə barəsində məlumatların bütün maraqlı tərəflərə bərabər səviyyədə paylaşılması və layihənin düzgün formada irəliləməsinin təmin edilməsi,
- Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi,
- Layihə ilə bağlı gündəlik hesabatların rəhbərliyə təqdim edilməsi.
Vəzifəyə tələblər:
- İnşaat Mühəndisliyi (sənaye və mülki tikinti) ixtisası üzrə ali təhsil,
- Sənaye və mülki binaların tikintisində müvafiq vəzifə üzrə minimum 5 il iş təcrübəsi,
- Rus və ingilis dilini əla səviyyədə bilməli,
- Punktualıql və məsuliyyət,
- İşgüzar ünsiyyət və yüksək davranış keyfiyyətlərinə sahib olmalı,
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı,
- Ezamiyyətlərə getməyə hazır olmalı,
- Microsoft Office, Auto Cad, 3D və s. proqramlarında işləmək bacarığı.
İş şəraiti və təminat:
- İş rejimi: 6 günlük,
- İş yeri: Bakı Heydər Əliyev pr 189, gələcəkdə rotasiya oluna bilər,
- Korporativ nömrə ilə təmin olunma,
- Əmək haqqı: 3500 - 4000 man (müsahibə əsasında müəyyən olunacaq).
Xüsusi tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə ən yaxın namizədlərlə əlaqə saxlanılacaq. Digər namizədlərin CV- ləri daha uygun tələb və vakansiyalar üzrə dəyərləndirmək məqsədilə CV bazasına əlavə edilir.
Clopos
Senior Backend Developer
Son tarix 28 iyl 2022 - [email protected]
Clopos - Restaurant & Retail POS üçün Laravel RESTful API yaza bilən developer axtarışındayıq. Gənc, enerjili və işinin ustası proqramçı komandamız var. Front tərəfi ReactJS və React Native dir.
Texniki tələblər:
- PHP və Laravel framework üzrə mükəmməl biliklər və minimum 5 il təcrübə
- MySQL, Redis, MongoDB, ElasticSearch üzrə dərin biliklər
- Linux, Nginx konfiqurasiyaları ilə təcrübə
- GIT
- Proqram arxitekturasının qurulması və müxtəlif sistem dizaynları haqqında dərin biliklər
Şəxsi keyfiyyətlər:
- Komandanı idarə edə bilmək
- Məsuliyyətli
Əmək haqqı: 2500-4000 AZN
İş vaxtı: 5 gün, 10:00 -19:00
Nahar şirkət tərəfindən qarşılanır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “PHP” göstərməyiniz xahiş olunur.
Aqrar İnnovasiya və Təchizat Şirkəti
Marketlər Şəbəkəsinin Müdiri
Son tarix 29 iyl 2022 - [email protected]
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (Kommersiya və Marketinq üzrə təhsil üstünlükdür);
- Təcrübə: Satış və İdarəetmə üzrə minimum 5 il təcrübə;
- Planlama bacarığı;
- Deleqasiya etmə bacarığı;
- Problem həll etmək bacarığı;
- Komanda şəklində və İndividual işləmə bacarığı;
- Maliyyə göstəricilərini təhlil etmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Marketlər şəbəkəsinin qurulması prosesini koordinasiya etmək;
- Marketlər şəbəkəsinin fəaliyyətinə rəhbərlik etmək və satış planlarının yerinə yetirilməsini təmin etmək;
- Korporativ standartların və prosedurların tətbiqini təmin etmək;
- Kassa əməliyyatlarına, mal dövriyyəsinə nəzarət etmək, mütamadi olaraq inventarlaşmanın aparımasını təmin etmək;
- Günlük hesabatları təhlil etmək və zəruri tədbirləri həyata keçirmək;
- Əməkdaşların təlim ehtiyacalarının müəyyən edilməsində və təmin edilməsində iştirak etmək;
İş şərtlərimiz:
- Əmək haqqı: 4000 AZN + Bonus;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Şirkət hesabına korporativ nömrə;
- Yanacaq xərclərinin qarşılanması;
- Xidməti nəqliyyat vasitəsi ilətəmin olunma;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketlər Şəbəkəsinin Müdiri” yazaraq göndərmələri xahiş olunur.
Innovative Business Products
Fullstack Seni̇or Laravel Proqramçı
Son tarix 04 avq 2022 - [email protected]
Əmək haqqı: 4000 – 5000 AZN
Namizədə tələblər:
- PHP dilini yaxşı bilən proqramlaşdırma sahəsində təcrübəli
- Laravel-də senior səviyyədə işləyə bilmək
- Daha əvvəl Laravel ilə layihələr hazırlamış
- Javascript, JQuery, Vue.js Frameworks ilə işləyə bilmək
- Veb texnologiyaları (HTML5, CSS, SASS, GULP, Webpack, Npm Bootstrap və s.) bilmək
- Microservislər hazırlaya bilmək
- Git və Github istifadə etmək
İş barədə məlumat:
- Yeni proqram təminatı hazırlanması
- Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi
- Mövcud proqram təminatlarının inkişaf etdirilməsi
- Proqram təminatlarının test edilməsi
- İş vaxtı: həftənin 6 günü, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq