Betta
Elektron Təhlükəsizlik Sistemləri üzrə Mütəxəssis
Son tarix 01 sen 2022 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Obyektlərdə bütün kamera, oğurluğa qarşı sistemlər, giriş-çıxış və video sistem avadanlıqlarını və proqram təminatını quraşdırmalı
- Təhlükəsizlik sistemlərinin işinin fasiləsiz fəaliyyətinin təminatı və vaxtaşırı yoxlanılması
- Kameraların işlək vəziyyətdə olmasını təmin etməli və periodik monitorinqini aparmalı
- Quraşdırılmış video monitorların işlək vəziyyətdə olmasını təmin etməli
- Tələb olunduqda yoxlama və daxili araşdırma zamanı rəhbərliyi video yazılışla təmin etməli
- Yeni obyektlərdə kompleks baxışların və Təhlükəsizlik sistemlərinin auditlərinin keçirilməsi, təkliflərin hazırlanması. İri layihələr üçün təhlükəsizlik sistemlərinin dizayn və konfiqurasiyasını və qrup şirkətlər və digər sifarişçilər üçün müvafiq tenderlər üçün spesifikasiyaların hazırlanması
- İstifadəsində olan proqram təminatlarının normal fəaliyyətini, lisenziya tələb edən proqram təminatlarının müddətinin vaxtı-vaxtında uzadılmasını təmin etməli
- Avadanlıqlarda hər hansı nasazlıq baş verdikdə, problemi həll etməli, həlli mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etməli və ya servis xidmətinin nümayəndəsinin gəlməsini təmin etməli
- Sərt Disklər Arxivinin təşkili
- Şəbəkə tipli Server və Paylayıcılara nəzarət
- Müasir (İOT, Aİ, AR, Smart) təhlükəsizlik sistemləri və avadanlıqlar haqqında məlumat toplamaq və mümkün istifadəsi üzrə təkliflər vermək
- Təhlükəsizlik avadanlıqlarının distribyutorluğunun Azərbaycanda təmin edilməsi, onların servis xidmətlərinin yaradılması istiqamətində təkliflər vermək
Namizədə tələblər:
- Texniki ali təhsil
- Azərbaycan, Rus və İngilis dilləri - yüksək səviyyədə
- Təhlükəsizlik sistemləri üzrə layihələrin hazırlanması, sxemlərin oxumaq və çəkmək bacarığı
- İT CCTV, Girişə və perimetr üzrə nəzarət, yanğına qarşı sistemlər üzrə inteqrator təcrübəsi
- İri sənaye və qeyri-sənaye obyektlərində iş təcrübəsi
- Müvafiq sahədə ümumi iş təcrübəsi – minimum 5 il
- Diqqətli və dəqiq olmalı
- İşgüzar və məsuliyyətli olmalı
İş şəraiti:
- İş rejimi - 5 günlük (09:00-18:00)
- Əmək haqqı 1500-2000 AZN
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
Maraqlanan və tələblərə cavab verən şəxslər öz CV formalarını və tövsiyyə məktublarını " ETC üzrə mütəxəssis " başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.
TEZİBU
Marketinq meneceri
Son tarix 01 sen 2022 - [email protected]
Namizədə Tələblər:
- Yaş həddi: 25-45;
- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil
- Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiya və planının işlənib hazırlanılması;
- Bazardakı hədəf auditoriyasını və rəqabət mənzərəsini anlamaq üçün bazar araşdırmalarının aparılması;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edilməsi və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verilməsi;
- Uzun və qısa müddətli strateji marketinq planlarının yaradılması, inkişaf etdirilməsi və həyata keçirilməsi;
- Yeni layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Satış planının hazırlanması, həyata keçirilməsinə nəzarət edilməsi;
- Müştəri bazası üzrə bazar araşdırması aparılması, nəticələr əsasında analizlərin aparılması və inkişaf kanallarının müəyyən edilməsi;-
- Kampaniyaların hazırlanması, satışa elan edilməsi, test edilməsi, tətbiqinin izlənilməsi;
- Digital Marketinq üzrə kampaniyaları təşkili, idarəsi və nəzarət edilməsi;
- Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial mühitdə daha çox tanıdılması və sosial şəbəkələrin inkişaf etdirililməsi;
Əmək haqqı: 1500-2000 AZN.
İş qrafiki: 6 günlük.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla birlikdə elektron ünvanına göndərmələri xahiş olunur.
Innovative Business Products
Fullstack Mi̇d Laravel Proqramçı
Son tarix 01 sen 2022 - [email protected]
Əmək haqqı: 2000 – 3000 AZN
Namizədə tələblər:
- PHP dilini yaxşı bilən proqramlaşdırma sahəsində təcrübəli
- Laravel-də mid səviyyədə işləyə bilmək
- Daha əvvəl Laravel ilə layihələr hazırlamış
- Javascript, JQuery, Vue.js Frameworks ilə işləyə bilmək
- Veb texnologiyaları (HTML5, CSS, SASS, GULP, Webpack, Npm Bootstrap və s.) bilmək
- Microservislər hazırlaya bilmək
- Git və Github istifadə etmək
İş barədə məlumat:
- Yeni proqram təminatı hazırlanması
- Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi
- Mövcud proqram təminatlarının inkişaf etdirilməsi
- Proqram təminatlarının test edilməsi
- İş vaxtı: həftənin 6 günü, saat 09:00-dan 18:00-dək
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılaca