Grand Agro MMC
Baş Maliyyə Nəzarətçisi
Son tarix 06 iyl 2022 - Müraciət et
Təsvir:
- Ayın bağlanması üzrə işlər (xərc maddələrinin, müxabirləşmələrin yoxlanılması,və s.)
- Aylıq maliyyə hesabatlarının hazırlanması və analiz edilməsi
- Aylıq büdcə-fakt analizinin aparılması
- Debitor və kreditor borcları, avanslar və inventarlar üzrə yaşlanma cədvəllərinin hazırlanması
- Ay ərzində görülən işlərə dair Struktur Bölmələrdən məlumatların toplanması
- Müşahidə Şurasının aylıq iclasları üçün təqdimatın hazırlanması
- Pul vəsaitləri üzrə proqnoz məlumatların hazırlanması və tələb edildiyi halda təsisçidən vəsait istəyi ilə bağlı müraciətin hazırlanması
- Kapital Qoyuluşu üzrə rüblük, yarımillik və illik hesabatların hazırlanması
- PO-lar üzrə xülasə hesabatların hazırlanması
- Şirkətin illik büdcəsinin hazırlanması
- Büdcəyə nəzarətin təmin edilməsi (gündəlik olaraq açılan PR/SR/PO-ların büdcə ilə uyğunluğunun yoxlanılması)
- Audit tapıntılarının aradan qaldırılması üzrə işlər
- Müxtəlif xərc maddələri üzrə aylıq, rüblük, yarımillik və illik analizlərin aparılması
- Perspektiv layihələrlə bağlı səmərəlilik təhlillərinin aparılması
Tələblər:
- Bakalavr və ya Magistr - Maliyyə, mühasibatlılıq, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat
- İş təcrübəsi : Minimum 3-5 il
- ACCA (F3 və F7 mütləqdir, F5, F8 və F9 əlavə üstünlükdür)
- CFA və ya FMVA əlavə üstünlükdür
- Normal səviyyədə vergi bilikləri
- Analitik düşüncə
- Ms. Office (xüsusilə Excel) - yaxşı səviyyədə
Əmək haqqı: 2000-2500 AZN
Sosial imtiyazlar:
- Könüllü tibbi sığorta
- Nahar təminatı
- Performansdan aslı olaraq bonuslar
Company
Anbar müdiri
Son tarix 11 iyl 2022 - [email protected]
Vəzifə və öhdəlikləri:
- Anbarın fəaliyyətinin və digər struktur bölmələr ilə qarşılıqlı münasibətini təşkil edilməsi,
- Malları qəbul etdikdən sonra, təchizat şöbəsinə müvafiq sənədləşmə əsasında təhvil verilməsi
- Tabeçiliyində olan anbardarların işinin təşkili və idarə olunması,
- Mərkəzi və şirkətin digər anbarları üzrə vahid sistemlə idarə edilməsinin təşkili,
- Malları qəbul etdikdən sonra, təchizat şöbəsinə müvafiq sənədləşmə əsasında təhvil verilməsi
- Malları anbara qəbul edilməsi, malların qiymətlilərinin sistemə işlənməsi, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan malların və inventarın təcili tapılmasının təşkil edilməsi,
- Müştəridən geri qayıdan malların təkrar sayılması,yoxlanılması və problem olmadığı halda yenidən anbara daxil edilməsi
- Anbara yığılmış malların ünvanlı xanalarda saxlanılmasının, əməliyyatların hesablarının aparılmasının təmin edilməsi,
- Anbardaxili əməliyyatların gündəlik uçotunun aparılması,
- Daxil olan sifarişlər əsasında müvafiq anbarlardan mallların mərkəzi anbara vaxtında çatdırılmasının təşkili,
- Rüblük inventarizasiyanın aparılması,
- Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi,
- Stoka nəzarət edilməsi, stokda hər hansı məhsul azaldığı zaman təchizata məlumat verilməsi
- Anbar sayımının maliyyə mütəxəssisinin iştirakı ilə həyata keçirilməsi (3-6 aydan bir)
- Anbarın hər hansı bölmələrinin müəyyən müddətdən bir sayılması prosesinin təşkil edilməsi
Tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifə üzrə azı 7 illik təcrübə (tikinti sahəsində 3 il olması mütləqdir);
- Tikinti materialları barədə ətraflı məlumata yiyələnmə;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili səlis;
- MS Office proqramlarını bilməli;
- İdarəetmə bacarığı;
- Fiziki aktiv,
- Məsuliyyətlilik, dürüst və dəqiq
- Hesablama qabiliyyəti,
- Planlama bacarığı
- Komandayla iş
Şərtlər:
- 6 günlük iş qrafiki:
- İş saatları 09:00-18:00 , 09:00-15:00
- Əmək haqqı 2500 AZN (NET)
- Yaş həddi 30-50 arası.
- Nahar və rabitə xərcləri şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Global Management
Middle/Senior .Net Developer
Son tarix 02 iyl 2022 - [email protected]
Обязанности:
- Проектирование высоконагруженного приложения (Chromium/Gecko);
- Решение вопросов оптимизации производительности;
Требования:
- Опыт разработки на С# не менее трех лет;
- Отличное знание языка C# и платформы .NET;
- Отличное понимание принципов ООП;
- Хорошее понимание REST / WebAPI / Websockets;
- Понимание многоуровневой архитектуры;
Мы предлагаем:
- Оформление в штат с первого дня;
- Офис в центре Баку;
- Интересные задачи, способные раскрыть весь ваш потенциал;
- Молодой и дружный коллектив;
- Возможность карьерного роста в стабильной компании.
зарплата: 1500-2500 AZN
Azdizayn Group
Satış müdiri
Son tarix 11 iyl 2022 - [email protected]
Namizədə olan tələblər:
- Bakalavr;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro);
- Planlama bacarığı;
- İdarəetmə bacarığı;
- Araşdırma bacarığı;
- Ünsiyyətcillik;
- Təqdimetmə bacarığı;
- Təmsiletmə bacarığı;
İş haqqında məlumat:
- Satış komandasının idarə edilməsi, gündəlik olaraq tapşırıqların verilməsi
- Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
- Aylıq satış planlarının gündəlik olaraq bölüşdürülməsi
- Ehtiyac duyulan satış komandası əməkdaşlarına (Yeni işçilərə) təlimlərin keçirilməsi
- Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi
- Rəqiblərin araşdırılması, bazar analizinin aparılması
- Gündəlik satışlarda endirimlərin edilməsi
- Satışı zəif olan məhsullara hədəfin qoyulması
- Satış komandasının həvəsləndirilməsi, motivasiya tədbirlərinin görülməsi
- Anbar qalıqlarının satışının həyata keçirilməsi üçün qiymətlərin müəyyənləşdirilməsi
- Qiymət təyini prosesində iştirak edilməsi
- Müştəri debitor borclarının idarə edilməsi
- Çatdırılma zamanı yaranmış problemlərin həll edilməsi
- Vitrinlərin yığılmasının təmin edilməsi
- Operator və sürücülərin işinin düzgün şəkildə koordinasiyasının təmin edilməsi
- Nəqliyyatla bağlı yaranmış problemlərin həll edilməsi və nəqliyyat xərclərinə nəzarət edilməsi
- Rəhbərliyə mütəmadi olaraq hesabatların verilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Yanacaq və amortizasiya xərcləri
- Əmək haqqı 2500 AZN+ (Sabit hissə + satışdan bonus olmaqla satışdan aslı olaraq dəyişir)
Vakansiyaya müraciət üçün CV-ləri “Satış müdiri” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Company
İnteryer dizayner
Son tarix 07 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Elektronika və məişət əşyalarının satışı ilə məşğul olan mağazalar şəbəkəsinin filiallarının və şəbəkəyə daxil digər layihələrin interyer dizaynının işlənilməsi;
- Layihələrin realizasiyası və müəllif nəzarətinin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (memarlıq və ya interyer dizayn sahəsində);
- İnteryer dizayn sahəsində azı 5 il iş təcrübəsi;
- İnteryer dizayn sahəsində həyata keçirdiyi proyektlərdən ibarət portfolio;
- Autocad, 3dmax ve Photoshop proqramları üzrə interyer dizaynerə lazım olan səviyyədə biliklər.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- 2000-2500 AZN əmək haqqı;
- Portfolionun olması mütləqdir.
Qeyd olunan tələblərə uyğun namizədlər cv və portfoliolarını aşağıda qeyd olunan mail ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
International Company
OSM & Digital Marketing Coordinator
Son tarix 01 iyl 2022 - [email protected]
Working days: Monday-Friday
Salary: negotiable AZN 2000-2500.
Requirements:
- Graduate degree in Business or Marketing;
- A degree from an international university would be an advantage;
- Certification in online and digital courses would be an advantage;
- Minimum 2 years of experience in Digital Marketing;
- Work experience in a similar role with an Electronic brand / Retailer;
- Work experience in Retail Online platform management;
- Experience in media management;
- Strong command of spoken and written Azerbaijani, English and Russian;
- Excellent business writing skills in all three required languages;
- Proficient knowledge of MS Office programs;
- Strong analytical and problem structuring skills;
- Strong communication, team working skills and motivation for personal development.
Job description:
- Manage online website and SNS platform;
- Closely work with Retail OSM department (monitoring, updating & reporting brand ranking);
- Translate / Proof read brand content to share / upload on different platforms;
- Press Release translation / proof reading;
- Visiting customers/external agencies;
- Helping to organize market researches;
- Dealing with marketing/ In-store management “ISM” vendors;
- Providing marketing tracking and research information by collecting, analyzing, and summarizing data and trends;
- Assisting the marketing manager and supporting the marketing team with marketing activities;
- Assisting with the production of marketing materials and literature;
- Coordinating the production of a wide range of marketing communications;
- Providing support for marketing events and exhibitions as required;
- To perform other assignments defined by the Employer (as well as the Customer).
Interested Candidates please send your CV indicating the title of position in the subject line of your message.
Otherwise your candidacy will not be considered.
Collezione Italia
Baş mühasib
Son tarix 20 iyl 2022 - [email protected]
Tələblər:
- Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahədə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi (Baş mühasib kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- MS Office, BTP və 1C mühasibatlıq proqramından yüksək səviyyədə istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə mükəmməl biliklər;
- Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər;
- Yaxşı rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
- Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparacaq;
- Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin edəcək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edəcək;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edəcək;
- Vergi orqanları ilə yazışmaları aparacaq, E-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edəcək;
- Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İcbari tibbi sığorta fonduna ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin etmək
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin edəcək;
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Şərtlər:
- İş qrafiki: 5 günlük, (10:00 – 19:00);
- İş yeri: Nərimanov rayonu;
- Əmək haqqı: 2200 AZN – 2500 AZN
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Baş mühasib”sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Company
Maliyyə və Büdcə hesabatlığı üzrə Mütəxəssis
Son tarix 24 iyl 2022 - [email protected]
Yaş həddi:28-40
Əmək haqqı: 2000-2500 azn
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 3-4 illik analoji iş təcrübəsi
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
- MS Office proqramları üzrə biliklər ;
Vəzifə təlimatı:
- müəssisənin əməliyyat büdcəsinin hazırlanmasını təmin etmək, büdcənin icrasına nəzarəti həyata keçirmək;
- büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin etmək;
- aparılan əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğuna nəzarət etmək;
- aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim etmək;
- beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun kənar auditin aparılmasında iştirak etmək;
- əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təşkil etmək;
İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır.
Mover LLC
React Native Developer (Mobil proqramçı)
Son tarix 01 iyl 2022 - [email protected]
Əmək haqqı: 2500 AZN
Bilik və bacarıqlarla bağlı tələblər:
- Javascript (ES6+)
- React Native üzrə 2 ildən artıq təcrübə
- Redux üzrə təcrübə
- REST API-lərlə iş təcrübəsi
- Git ilə işləmə bacarığı
Öhdəliklər:
- Keyfiyyətli və səliqəli kod yazmaq
- Tapşırıqların yerinə yetirilməsi üçün lazım olan texnologiyaların öyrənilməsinə meyilli olmaq
- Yeni layihələrin qrup və ya fərdi şəkildə ərsəyə gətirilməsi, mövcud layihələrin dəstəklənməsi və inkişaf etdirilməsi
- İş qrafiki: həftədə 6 gün
- Karyerada inkişaf imkanları
Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini mövzu yerində “React Native Developer” qeyd edərək elektron ünvanına göndərməkləri xahiş olunur.