Performance Center Co
Korporativ Satış və Xidmət üzrə Menecer
Son tarix 25 avq 2022 - [email protected]
İş haqqında məlumat:
- Bazarın təhlili, araşdırmaların və monitoringlərin aparılması
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək
- Ümumi fəaliyyətə dair rəhbərliyə hesabatların verilməsi
- Həftədə 5 iş günü, saat 09:00-18:00
- Əmək haqqı: 2000-2300AZN
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Yaş: 25-35
- Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
- Korporativ satış üzrə 2 il iş təcrübəsi
- Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq
- Təqdimat bacarığının olması
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və Xidmət üzrə Menecer” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Universal Procurement Service
Satış mütəxəssisi
Son tarix 25 avq 2022 - [email protected]
Görəcəyi işlər:
- Korporativ müştəri portfelinin idarəedilməsi;
- Yeni müştərilərin cəlbi;
- Aktiv və passiv müştərilərlə mütəmadi işləmək
- Göndərilmiş təkliflərin mütəmadi izlənilməsi;
- CRM üzərindən sistemli iş;
- Müştərilərlə görüşlərin keçirilməsi, tələbatın aşkarlanması;
- Satılacaq məhsullar haqqında biliklərinin mütəmadi artırılması;
Namizədə dair tələblər:
- Təhsil (orta və ya ali);
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (korporativ sektorda təcrübə üstünlükdür);
- Səlis Azərbaycan dili biliyi (şifahi və yazılı);
- MS Office proqramları biliyi (Word, Excel, PowerPoint);
- Analitik düşüncə qabiliyyəti;
- Punktuallıq;
- Müştəri etirazları ilə işləmə qabiliyyəti;
- İnkişaf etmək istəyi, öyrənməyə həvəsli;
Əmək şəraiti:
- Rəsmi əmək haqqı;
- 6 günlük iş həftəsi;
- Gözlənilən əmək haqqı : 2.000-3.000 AZN (Sabit əmək haqqı 700 AZN + hədəflərin icrasına görə bonus)
- KPİ hədəflərinin icrası əsasında əlavə ödənişlər;
- Rabitə və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
Camal LTD
HoReCa üzrə satış müdiri
Son tarix 25 avq 2022 - [email protected]
Tələblər:
- İş təcrübəsi 3 ildən 6 ilə qədər, ali təhsilli.
- Əla səviyyədə azərbaycan, ingilis və rus dilləri bilikləri;
- HoReCa satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
- Yaş həddi 25-45 yaş arası;
- Şəxsi avtomobili olanlara üstünlük verilir.
Vəzifələri:
- Satış planları və hədəflərinə nail olmaq üçün HoReCa üzrə satış təmsilçilərinin idarə edilməsi;
- Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
- Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsi. Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
- Müştəri debitor borclarının idarə edilməsi;
- Satış işçilərinin seçilməsi və uyğunlaşdırılması.
Digər məlumatlar:
- 6 günlük iş həftəsi, tam iş günü;
- 3 aylıq sınaq müddəti;
- Əmək haqqı 1500-2000 manat.
Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)