İşəgötürən: AS Group şirkəti
Vəzifə: Mühasib (Zəngilan)
Son tarix 11 dek 2021
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
- Pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, mal-material uçotunu, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb, mühasibatlıq proqramına daxil olunmasına nəzarət etmək;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etmək.
Vəzifə üzrə tələblər:
- Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
- İnşaat sahəsində olmaqla, ən azı 2 illik iş təcrübəsi;
- Qısa müddətli ölkədaxili ezamiyyə səfərlərinə hazır olmaq;
- Sahə üzrə qanunvericiliyin bütün tələblərini (xüsusilə vergi sistemini) bilmək;
- Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
- Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Mühasib – Zəngilan”, qeyd etməklə CV formalarını göndərə bilərlər.