AZAQROTAXIL MMC
Maliyyə müdiri
Son tarix 14 fev 2022 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Ali təhsil ( Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil).
- Maliyyə-mühasibat sahəsində minimum 5 il iş təcrübəsi.
- 1C 8.3, Logo Tiger üzrə biliklər olmalıdır.
- Vergi məcəlləsi üzrə yüksək səviyyədə biliklər.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
- Gündəlik hesabatlara ciddi riayət.
Vəzifə öhdəlikləri:
- Vergi və mühasibat uçotunun aparılması.
- Müəssənin maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq və hesabatların hazırlanması
- Hesabatlar əsasında maliyyə analizlərinin aparılması və maliyyə təkliflərinin verilməsi.
- Gəlir və Xərclərin,şirkət aktivlərinin dövr ərzində hərəkətinə nəzarət etmək və doğruluğuna əmin olmaq.
- Büdcənin formalaşdırılması,tətbiqi və yoxlanılması.
- Rüblük maliyyə analizlərinin aparılması və potensial maliyyə boşluqlarının / variansların aradan qaldırılması.
- Müştərilərin maliyyə vəziyyəti haqqında , mənfəət və zərər haqqında, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişiklik haqqında hesabatlarının hazırlanması.
- Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması.
- Hazırlanmış vergi bəyannamələrinin ( ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi ) yoxlanılması və göndərilməsi.
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması.
- Mal-materiallarının uçotunun aparılması.
İş şərtləri:
- Stabil iş;
- AR ƏM əsasən rəsmiləşdirmə;
- İcbari sığorta;
- İş vaxtı: 09.00 – 18.00 (həftə içi)
- Korporativ nömrə.
Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində Maliyyə müdiri qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.