Company
Mühasib
Son tarix 21 sen 2025 - [email protected]
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat və İqtisadiyyat sahələri üzrə);
 - Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
 - Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı;
 - 1C 8.3 proqramında sərbəst işləyə bilmə bacarığı;
 - Vergi Məcəlləsi üzrə biliklər;
 - Mühasibat müxabirləşmələri bilikləri;
 - Analitik düşünmə qabiliyyəti;
 - İşi planlamaq bacarığı;
 - Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlülük.
 
Vəzifə öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin, ciddi hesabat blanklarının düzgün hazırlanmasını yoxlamaq;
 - Kreditor və debitorlar ilə üzləşdirmələrin aparılması;
 - Şübhəli Debitor borclarının müəyyən edilməsi;
 - Vaxtı keçmiş kreditor borcları müəyyən edərək hesabatın hazırlanması və onların ödənilməsi üçün ödəniş planının hazırlanması;
 - Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
 - Elektron Qaimə Faktrura, Hesab fakturalarının işlənməsi;
 - Aylıq maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsinə dəstək verilməsi;
 - Konvertasiya əməliyyatlarını həyata keçirmək və mühasibat uçotunda əks etmək;
 - Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.
 - Rəhbərliyin tələbi digər hesabatların hazırlanması.
 
İş Şəraiti:
- İş qrafiki: 5 gün
 - İş Saatı: 09:00-18:00
 - Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
 - Əmək Haqqı: 1200 AZN (net)
 
Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “Mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərmələri xahiş olunur.
Maliyyə nəzarət mütəxəssisi
Son tarix 21 sen 2025 - [email protected]
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli);
 - Maliyyə sahəsində ən azı 3 illik iş təcrübəsi;
 - Əlavə nəaliyyətlər (ACCA və ya CIMA ) üstünlükdür;
 - Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır;
 - MS Office (Excel-Əla səviyyə), 1C sistemi üzrə biliklər.
 
Vəzifə öhdəlikləri:
- Günlük və aylıq satış datalarının təhlili və satış hesabatlarının hazırlanması;
 - Maliyyə hesabatlarının haırlanması, analizi və maliyyə əmsallarının hesablanması;
 - Büdcə hesabatlarının hazırlanması və digər şöbələrlə koordinasiya edilməsi;
 - Büdcə və faktiki xərclərin analizi və fərq hesabatlarının hazırlanması;
 - Debitor və kreditor borcların təhlili və hesabatların hazırlanması;
 - Maliyyə resurslarından qənaətli istifadə olunmasına nəzarət edilməsi;
 - Şöbəyə gələn tələblər əsasında müxtəlif layihələrin işlənib hazırlanması;
 - İş əsnasında yarana biləcək rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
 
İş Şəraiti:
- İş qrafiki: 5 gün
 - İş Saatı: 09:00-18:00
 - Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
 - Əmək Haqqı: 1500-2000 AZN
 - İş yeri: Bakı şəhəri
 
Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “Maliyyə nəzarət mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərmələri xahiş olunur.
Baş aşpaz
Son tarix 21 sen 2025 - [email protected]
Tələblər
- İlk olaraq milli mətbəxi və avropa mətbəxini bilməli
 - Yetərli iş təcrübəsinə malik olmalı,
 - İdarə etmə qabilliyyəti olmalı,
 - Qarmajlarla işləməyi bilməli,
 - İnsanlarla uyumlu davranan biri
 
Əmək haqqı 2000 + 500 azn və əlavə bonuslar olacaq.
Rəsmi qeydiyyatla işləyəcək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







