Company
İnsan Resursları üzrə mütəxəssis
Son tarix 21 noy 2026 - [email protected]
İnsan Resursları komandamıza qoşulmaq üçün Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilən, məsuliyyətli və detallara diqqət yetirən İnsan Resursları üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulunun, əmək müqaviləsinə xitam verilməsinin və başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin sistemləşdirilməsi və düzgün aparılmasının təmin edilməsi;
- İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin və digər sənədlərin hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi;
- Əmək müqavilələrinin, əmək müqavilələrinə dəyişikliklərin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
- İşçilərlə bağlı dəyişikliklərin müvafiq dövlət informasiya sistemlərinə və portallarına vaxtında, düzgün daxil edilməsinin təmin edilməsi;
- ƏMAS, İSB və E-gov portallarında müvafiq əməliyyatların həyata keçirilməsi;
- İşçilərin İnsan Resursları sahəsi ilə bağlı müraciət və sorğularının araşdırılması, cavablandırılması və müvafiq tədbirlərin görülməsi;
- Könüllü tibbi sığorta ilə bağlı sənədləşmə və əməliyyatların icrası;
- Kadr sənədlərinin düzgünlüyünə, tamlığına və qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət edilməsi.
- Könüllü tibbi sığorta proseslərinin idarə olunması üzrə təcrübə.
Namizədə tələblər
- İnsan Resursları, idarəetmə, hüquq və ya müvafiq sahələr üzrə ali təhsil;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
- Kadr inzibatçılığı və insan resursları sənədləşməsi sahəsində iş təcrübəsi;
- ƏMAS, İSB və E-gov portallarından istifadə bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik, operativlik və sənədlərlə dəqiq işləmək bacarığı;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
Üstünlük hesab olunur:
- SAP HR/HCM proqramı ilə iş təcrübəsi;
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə, mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.














