Qida və İçki Departamentinin Nəzarətçisi
Son tarix 24 yan 2026 - Müraciət et
İş şəraiti
- İş yeri: Otel sektoru
- Şöbə: Food & Beverage
- İş qrafiki: Tam iş rejimi — 5 iş günü / 2 istirahət günü (növbəli iş)
- Əmək haqqı: 800 AZN net
Vəzifə öhdəlikləri:
- Restoran, bar , otaq xidmətlərinin gündəlik fəaliyyətinə nəzarət etmək
- Xidmət standartlarının (otel və brend standartları) düzgün icrasını təmin etmək
- Komandanın iş qrafikini tərtib etmək və iş prosesinə rəhbərlik etmək
- Qonaq sorğularını, narahatlıqlarını və şikayətlərini operativ və peşəkar şəkildə idarə etmək
- Şikayət və təklifləri operativ və peşəkar şəkildə həll etmək
- Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
- Satışların artırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflər vermək
- Rəhbərliyə gündəlik/aylıq hesabatlar təqdim etmək
Namizədə tələblər:
- Otel və ya restoran sektorunda minimum 1–2 il F&B Supervisor və ya Lead Server təcrübəsi
- Azərbaycan dili – əla
- İngilis dili – orta səviyyə (Rus dili üstünlükdür)
- Liderlik və komanda ilə işləmək bacarığı
- Yüksək ünsiyyət və problem həll etmə bacarığı
- Stressə davamlılıq və məsuliyyətlilik
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir
- Forma geyimi təmin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Başlıqda “ F&B Supervisor” qeyd etməyiniz xahiş olunur.











