Company
Təchizat Zənciri üzrə Müştəri Meneceri
Son tarix 03 noy 2025 - [email protected]
Vəzifənin əsas məqsədi
- Müştəri və təchizatçılarla sıx əməkdaşlıq edərək sifarişlərin vaxtında və düzgün icrasını təmin etmək. Satınalma, çatdırılma və koordinasiya proseslərini effektiv şəkildə idarə etmək.
Əsas vəzifələriniz olacaq:
- Müştərilərdən daxil olan sorğuları qəbul etmək və icra prosesini izləmək
- Təchizatçılardan qiymət təklifləri toplamaq və müqayisəli təkliflər hazırlamaq
- Satınalma sifarişlərinin hazırlanması və çatdırılmaların təşkili
- Təchizatçılar və daşıyıcılarla əlaqə saxlamaq, sifariş prosesini koordinasiya etmək
- Sənədləşmə və hesabatların düzgün şəkildə aparılması
- “Dövlət Satınalmaları haqqında” qanuna uyğunluğa nəzarət
- Müştərilərlə mütəmadi əlaqə saxlamaq, status barədə məlumat vermək
- Gecikmələr və prosesdə yaranan problemlərlə bağlı rəhbərliyi məlumatlandırmaq
Tələblər:
- Ali təhsil (bakalavr dərəcəsi)
- Təchizat, logistika və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək
- Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları
- Azərbaycan və ingilis dillərini bilmək (rus dili üstünlükdür)
- Sənədlərlə və elektron poçtla işləmək bacarığı
- Diqqətlilik və təşəbbüskarlıq
İş şəraiti
- İş yeri: Bakı, Aeroport şosesi (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur)
- İş rejimi: Tam ştat | 5 iş günü (08:00 – 17:00)
- Əməkhaqqı: 600-800 azn (net)
CV-nizi “Təchizat Zənciri üzrə Müştəri Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.