AZSOFTWARE SYSTEM
Data təhlili üzrə kiçik mütəxəssis
Son tarix 22 okt 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması;
- Dövri olan data və hesabatların daha qısa zamanda təmin edilə bilməsi üçün hesabatların avtomatlaşdırılması və aylıq olaraq yenilənməsi;
- Rəhbərlik təlimatı əsasında fərqli modelləmə və əlaqələndirmələrlə hesabatların hazırlanması;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq
Vəzifə üzrə tələb olunan kompetensiyalar:
- Yüksək səviyyədə MS Excel biliyi olmalı;
- Məlumat bazasında işləyə bilmək üçün SQL biliyi;
- Data vizuallaşdırma Power BI bilikləri;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər olmalı;
- Komanda ilə işləmək və sərbəst araşdırmaq qabiliyyəti;
- Python, Excel, ETL toollar üzrə biliklərin olması üstünlükdür.
- İT biliklər: Microsoft Excel, PowerBI, SQL
Kvalifikasiyalar:
- Ali təhsilli (Data Science, Statistika, Kompüter Elmləri, Kompüter mühəndisliyi,Tətbiqi Riyaziyyat və ya müvafiq sahə üzrə)
- Müvafiq sahədə minimum 1 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili, ingilis dili (orta səviyyə)
- Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq
- Analitik düşünmək və problem həll etmək bacarığı
- Komanda ilə işləmək bacarığı
Əməkhaqqı: 600-1000 AZN
Əməkhaqqı namizədin iş təcrübəsi, bilik və bacarıqları nəzərə alınaraq müsahibə əsnasında formalaşdırılacaq.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini vakansiyanın adı qeyd olunmaqla mail ünvanına göndərmələri xahiş olunur.