İdeal Tibb Şirkəti
Baş Mühəndis
Son tarix 11 apr 2025 - [email protected]
Namizədə tələblər:
- Elektrik Mühəndisi üzrə ali təhsil mütləqdir.
- Vəzifə üzrə iş təcrübəsi mütləqdir. (ən azı 5 il)
- Avadanlıqların işləmə rejimləri və texniki istismarı qaydalarını bilməli
- İstehsal avadanlıqlar üzrə təmir cihazları ilə işləmə bacarığına malik olmalı
- Təmir xidmətinin təşkili və həyata keçirilməsi qaydaları üzrə biliklərə malik olmalı
- Analiz və təhlilləri apara bilmək bacarığı
- Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalıdır(Ingilis dili bilənlərə üstünlük veriləcək)
İş barədə məlumat:
- İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir.
- Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir.
- Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir.
- Müəssisənin texniki heyətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.
- İstehsalın dayanmadan davam etməsi üçün avadanlıqlara texniki nəzarət etmək, ehtiyat hissələrin düzgün və vaxtında sifarişə qoyulması, alternativ hissələrin axtarılması
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- İş saatları: Növbəli
- İş ünvanı: Bakı ş. Pirallahı rayonu, Pirallahı Sənaye parkı
- Əmək haqqı: 5000 Azn
Tələblərə uyğun şəxslər şəkilli CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Baş Mühəndis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.